Siyasət

Rusiya rəsmiləri Ermənistana səfər edib, Sergey Şoyqu ilə Paşinyan arasında görüş keçirilib - YENİLƏNİB

21 Noyabr 2020 11:25
Baxış: 1 856

11:25

Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Xarici işlər naziri Sergey Lavrov bu gün Ermənistana səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hazırda Sergey Şoyqu ilə Paşinyan arasında görüş keçirilib.

---------

10.44

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Yerevana səfər edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, naziri Rusiyanın qurumlararası nümayəndə heyəti müşayiət edir.

S.Şoyqunun baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulub.

Bundan başqa, Ermənistana Rusiyanın XİN rəhbəri Sergey Lavrovun, baş nazirin müavini Aleksandr Novakın, fövqəladə hallar naziri Yevgeni Ziniçev səfərləri gözlənilir.

Rusiya nümayəndə heyəti erməni rəsmilərlə Qarabağdakı vəziyyəti, sülhməramlıların yerləşdirilməsi, Rusiyanın maliyyə və texniki yardımı məsələlərini müzakirə edəcək.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.