Erməni lobbisi fransalı siyasətçilər vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır
Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır.
Milli.Az Trend-ə istinadən bildirir ki, qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayənədələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır.
Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd "qəbul oluna bilər" başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə verilmir:
Qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısının Makron hökumətinə qarşı olması 2 versiyanı ortaya çıxarır: bu, ya hökumət və Senat onun senatdakı opponentləri arasında ziddiyyətlərin növbəti təzahürüdür, yaxud da president E.Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.
http://www.senat.fr/dossier-legislatif/ppr20-145.html
Fransa parlamenti 2 palatadan ibarətdir: Milli Assambleya və Senat. Senatorların sayı 348 nəfərdir. Sənədin təşəbbüskarları olan 5 senator aşağıdakılardır:
|
№ |
Senatorlar |
Senatdakıvəzifələru |
Link |
|
1. |
M. Bruno Retailleau |
Président du groupe Les Républicains |
http://www.senat.fr/senateur/retailleau_bruno04033b.html https://twitter.com/BrunoRetailleau/status/1329100530996703235 |
|
2. |
M. Patrick Kanner |
Président du groupeSocialiste, Écologiste et Républicain |
|
|
3. |
M. Hervé Marseille |
Président du groupe Union Centriste |
|
|
4. |
MmeÉlianeAssassi |
||
|
5. |
M. Guillaume Gontard |
Vice-Président de la commission des affaires étrangères, de la défense et des forces armées |
http://www.senat.fr/senateur/gontard_guillaume19347u.html |
Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.
Fransada belə ziyanlı təşəbbülərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.
Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticəsələrə səbəb olmasını həzm edə bilmirlər.
Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanism idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)





