Erməni lobbisi fransalı siyasətçilər vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır

19 Noyabr 2020 16:09

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı Fransa dövlətinə tövsiyə edən qətnaməni müzakirəyə çıxarmağa hazırlaşır. Fransa Konstitusiyasının 34-1-ci maddəsinə əsasən bu, yalnız bir qətnamədir, icrası məcburi deyil. Bu və ya digər məsələlərlə əlaqədar il ərzində yüzlərlə təşəbbüslər irəli sürülür, lakin onların tam əksəriyyəti müzakirəyə belə çıxarılmır.

Milli.Az Trend-ə istinadən bildirir ki, qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayənədələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır.

Senat Fransanın xarici siyasətin müəyyənləşdirilməsində son söz sahibi olan təsisat deyil, qətnamələr yalnız hökumət icazə verdiyi təqdirdə, səsverməyə çıxarıla bilər. Senatın cədvəlində də bu sənəd "qəbul oluna bilər" başlığı ilə keçir, onun mütləq şəkildə qəbul edilməsinə ehtiyac duyulmasına işarə verilmir:

(https://tass.ru/mezhdunarodnaya-panorama/10040921?utm_source=facebook.com&utm_medium=social&utm_campaign=smm_social_share&fbclid=IwAR2686Edv_7w1UgQ8Ia2eoyMZBDN1xgsrWbsSjDzQ7ykcz2za4nZyKlpvYQ)

Qətnamənin təşəbbüskarlarının demək olar ki, hamısının Makron hökumətinə qarşı olması 2 versiyanı ortaya çıxarır: bu, ya hökumət və Senat onun senatdakı opponentləri arasında ziddiyyətlərin növbəti təzahürüdür, yaxud da president E.Makron sənədi öz rəqiblərinin vasitəsilə Senata çıxarmağa çalışır. Hər bir halda bu kimi təşəbbüslər nə Fransa parlamentinə, nə də hökumətinə başucalığı gətirmir.

http://www.senat.fr/dossier-legislatif/ppr20-145.html

Fransa parlamenti 2 palatadan ibarətdir: Milli Assambleya və Senat. Senatorların sayı 348 nəfərdir. Sənədin təşəbbüskarları olan 5 senator aşağıdakılardır:

Senatorlar

Senatdakıvəzifələru

Link

1.

M. Bruno Retailleau

Président du groupe Les Républicains

http://www.senat.fr/senateur/retailleau_bruno04033b.html

https://twitter.com/BrunoRetailleau/status/1329100530996703235

2.

M. Patrick Kanner

Président du groupeSocialiste, Écologiste et Républicain

http://www.senat.fr/senateur/kanner_patrick14021p.html

3.

M. Hervé Marseille

Président du groupe Union Centriste

http://www.senat.fr/senateur/marseille_herve11085t.html

4.

MmeÉlianeAssassi

Membre de la commission des loisconstitutionnelles, de législation, du suffrage universel, du Règlement et d'administrationgénérale

http://www.senat.fr/senateur/assassi_eliane04085p.html

5.

M. Guillaume Gontard

Vice-Président de la commission des affaires étrangères, de la défense et des forces armées

http://www.senat.fr/senateur/gontard_guillaume19347u.html

Fransa Senatı erməni lobbisinin maraqlarını deyil, Fransanın mənafelərini əsas götürməli, qonşu ölkələrin mövqeyinə nəzər yetirməli və ədalətli mövqe tutmalıdır. Məsələn, İtaliya Deputatlar Palatası Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabr tarixli birgə bəyanatından irəli gələn öhdəliklərə əməl etməyə çağıran qətnamə qəbul edib.

Fransada belə ziyanlı təşəbbülərlə çıxış edənlər Cənubi Qafqazda sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində atılan addımları açıq şəkildə sabotaj etməyə çalışırlar.

Görünür ki, Fransa da daxil olmaqla bir sıra ölkələr Rusiya və Türkiyənin irəli sürdükləri təşəbbüsləri, münqişənin həlli ilə bağlı atdıqları addımların praktiki nəticəsələrə səbəb olmasını həzm edə bilmirlər.

Fransanın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi ekspansionist siyasətini Cənubi Qafqazda da reallaşdırmaq cəhdləri onun demokratiya və humanism idealları ilə pərdələnmiş simasını bir daha aydın nümayiş etdirir.

Milli.Az