İƏT Gənclər Forumunun rəhbəri Gəncədə ermənilərin terror törətdiyi əraziyə baş çəkib - FOTO
Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanın başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə gəlib.
Milli.Az bildirir ki, Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyəti Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının nəticələri ilə tanış olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov nümayəndə heyətinin diqqətinə çatdırıb ki, cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 5 dəfə Ermənistan tərəfindən atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq və yeniyetmə, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb.
İslam Əməkdaşlıq Təskilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan Gəncədə jurnalistlərə açıqlamasında bildirib ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəklər: "Biz 56 ölkənın və dünyanın müsəlman gəncləri olaraq ermənilərin Gəncədə, Bərdədə və digər yerlərdə mülki əhaliyə qarşı törətdiyi vəhşiliyi dünyaya çatdırmağa davam edəcəyik. Azərbaycanın öz torpaqlarını işğaldan azad edilməsi istiqamətində apardığı mübarizəni dəstəkləyirik və hər zaman dəstəkləyəcəyik. Azərbaycan torpağı olan Qarabağın da müsəlmanların yaşadığı ərazi olduğunu, bu torpaqların işğaldan necə azad edildiyini dünyaya çatdırmaq borcumuzdur".
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Rusiya "Ölü əl"i yenidən işə saldı: Dünyanı məhv edəcək sistem...
-
Bir uşağın ahı bütün Türkiyəni ayağa qaldırdı - (Video)
-
Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi - (Foto)
-
Formula 1-ə görə bağlanan yollar açıldı
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
ABŞ və Çindən 30 milyardlıq razılaşma
-
Türkiyədə siqaretə ömürlük qadağa – Qaydalar belə olacaq
-
FIA prezidenti: “Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir”
-
Müşavir vəzifəsindən çıxdı, şöbə müdiri oldu - (Foto)
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Kobaxidze: Gürcüstan-Azərbaycan münasibətlərində heç bir gərginlik yoxdur
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi





