Dünya azərbaycanlıları “Bir olaq, Qarabağa dəstək olaq!” deyir
Diasporla İş üzrə Dövlət Komitəsi Dövlət Bayrağı Günü ilə əlaqədar dünya azərbaycanlılarının iştirakı ilə "Bir olaq, Qarabağa dəstək olaq!" adlı virtual görüş təşkil edib.
49 ölkədən 100-dən çox soydaşımızın qatıldığı görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Komitə sədri Fuad Muradov Prezident İlham Əliyevin "Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır" fikrini diqqətə çatdırıb və soydaşlarımızın hər birini Dövlət Bayrağı günü münasibətilə təbrik edib.
Komitə sədri Azərbaycan dövlətinin işğal altında olan torpaqlarımızı azad etmək üçün apardığı haqlı mübarizədən, Ali Baş Komandanın misilsiz xidmətlərindən və rəşadətli ordumuzun uğurlarından danışıb, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük əzmkarlıq göstərən, ordumuza və mülki şəxslərə humanitar yardımını əsirgəməyən Azərbaycan diaspor təşkilatlarına, diaspor üzvlərinə minnətdarlığını çatdırıb, soydaşlarımızı erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb.
Xaricdə yaşayan soydaşlarımız bildiriblər ki, Vətən torpağının hər qarışında, o cümlədən düşmən tapdağından azad olunan ərazilərimizdə əzəmətlə dalğalanan üçrəngli, ay-ulduzlu bayrağımız hər bir azərbaycanlının qəlbində qürur və fərəh hissi yaradır. Biz milli qürur mənbəyimiz olan üçrəngli bayrağımızı dünyanın müxtəlif ölkələrində dalğalandırmağımızla fəxr edirik.
Komitəyə gələrək görüşə qatılan xalq artisti Fəxrəddin Manafov, Türkiyədə yaşayan böyük sənətkarımız Cahangir Novruzov, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və digər qonaqlar dünya azərbaycanlılarının birliyindən fəxarət hissi keçirdiklərini, bir bayraq eşqinə bir bayraq altında toplaşan dünya azərbaycanlılarının hər zaman dövlətimizin yanında olduqlarını, öz zəkası, siyasi iradəsilə dünyada Azərbaycanın nüfuzunu qaldıran Ali Baş Komandana və xalqımıza zəfər sevinci yaşadan Ordumuza minnətdarlıqlarını bəyan ediblər.
Dünya azərbaycanlılarının Qarabağa dəstək aksiyalarının əks olunduğu maraqlı videogörüntülər, Türkiyədə yaşayan məşhur Manafzadələr ailəsinin ifa etdiyi "Əsgər marşı", İsveçdəki "Qarabağ" uşaq qrupunun çıxışı dünya azərbaycanlılarının birlik toplantısının bədii-emosional ruhunu daha da zənginləşdirib.
Qarabağ üçün hər zaman bir olduqlarını, birliyimizlə tarix yazdığımızı bildirən soydaşlarımız əllərində üçrəngli bayrağımızı dalğalandıraraq görüşü bu möhtəşəm mənzərə ilə başa vurublar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi





