Siyasət

"Rusiya vətəndaşları 1500 dollara Ermənistan tərəfindən muzdlu kimi döyüşməyə gedirlər" - Rusiyalı jurnalist

2 Noyabr 2020 13:47
Baxış: 7 036

Rusiya vətəndaşları bu və ya digər səbəbdən Dağlıq Qarabağda Ermənistan tərəfindən muzdlu qismində döyüşməyə gedirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın "Kommersant" qəzetinin müxbiri Kirill Krivoşeyev öz "Telegram" kanalında yazıb.

O, bu cür muzdlulardan birini şəxsən tanıdığını da deyib.

Jurnalistin sözlərinə görə, həmin şəxs erməniləri "ideya baxımından dəstəklədiyinə" onların tərəfindən döyüşməyə gedib. Bununla belə, o, öz xidmətləri üçün aylıq 1 500 dollar tələb edir.

Qeyd edək ki, daha əvvəl Ermənistan tərəfindən PKK, ASALA və digər terror təşkilatının silahlıların döyüşməsi barədə məlumatlar yayılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.