Siyasət

Gürcüstanda seçkilər normal şəraitdə keçdi - Arzu Nağıyev

1 Noyabr 2020 11:04
Baxış: 1 117

Gürcüstanda seçkilər normal şəraitdə keçdi.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Gürcüstanda seçkiləri müşahidə edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Arzu Nağıyev deyib.

A.Nağıyev bildirib ki, verilən ilkin məlumatlara görə, ciddi insident baş verməyib. Seçki prosesi pandemiya tələblərinə uyğun formada keçirilib. Gürcüstanda Mərkəzi Seçki Komissiyasının (MSK) verəcəyi yekun qərar gözlənilir.

Seçkinin yekun nəticəsi ilə bağlı Gürcüstan MSK-nın mətbuat konfransı olacaq.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçirilib. Səhər saatlarında olan rəsmi açıqlamalara görə, lider olan "Gürcü Arzusu" partiyası 49,98 faiz səs toplayıb. 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.