Siyasət

Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə "Smerç" raketi atıb

30 Oktyabr 2020 19:36
Baxış: 2 742

Ermənistan Silahlı Qüvvələri Tərtərin Ələsgərli kəndini raket atəşinə tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twiter" hesabında bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan Tərtər rayonunun Ələsgərli kəndinə "Smerç" raketi atıb: "Raket tezliklə ANAMA tərəfindən zərərsizləşdiriləcək. Xoşbəxtlikdən raket partlamayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.