"Paşinyan reallıqları qiymətləndirə bilmədi" - Deputat
Ermənistanda hakimiyyətin zəifləməsi və daxili parçalanma gözlənilən idi.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, Paşinyanın səriştəsiz siyasətinin çox uzun sürməyəcəyi əvvəlcədən bəlli idi: "Ermənistanı idarə edən baş nazir küçədən gəlmə bir şəxsdir. Paşinyan Ermənistan hakimiyyətinə Soros Fondunun xeyir-duası ilə gəlmişdi və xarici havadarlarına xidmət edirdi. Digər tərəfdən isə Ermənistan erməni lobbisi və digər havadarlarından asılı olan bir ölkədir. Əgər ölkə başqa dövlətlər və müəyyən təşkilatlar tərəfindən idarə edilirsə, bu dövlətin sərbəst siyasət yürütməsi çox çətindir. Bunu biz Paşinyanın timsalında gördük. Əslində əvvəllər də Ermənistanda idarəçilik bu səviyyədə idi. Amma Paşinyanın dövründə bu özünü daha qabarıq biruzə verdi. Məlum oldu ki, ölkə müstəqil deyil, özünü idarə edə bilmir və xarici ölkələrin diqtəsi ilə hərəkət edir. Paşinyan səriştəsiz, təcrübəsiz bir siyasətçidir. O nəinki siyasətdən, hətta adi reallıqlardan da baş çıxara bilmir. Bu adamın siyasi analiz qabiliyyəti yoxdur. Belə bir şəxsin isə hakimiyyətdə qalması mümkünsüzdür".
Millət vəkili qeyd edib ki, Ermənistan xalqının bu prosesdə ayağa qalxması və Paşinyan hakimiyyətini devirməsi gözləniləndir: "Paşinyan özü-özünü idarə edə bilmir. O hakimiyyətə gəldiyi ilk günlərdə söz verdi ki, Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq-normalarına uyğun həll edəcək, lakin sonradan havadarları və onu hakimiyyətə gətirənlərin təzyiqi ilə sözünü dəyişdi. Bu da Ermənistanı ağır duruma saldı. Ermənistan nəinki döyüşdə, hətta beynəlxalq aləmdə də uduzub. Artıq bu ölkənin varlığı şübhə altındadır. Paşinyan reallıqları qiymətləndirə bilmədi. Paşinyan sərsəm bəyanatları və qeyri-etik hərəkətləri ilə göstərdi ki, o, ölkə idarə edəcək siyasətçi deyil".
T.Rzayev bildirib ki, ən yaxşı halda Paşinyan istefa verməli və onun yerinə hakimiyyətə yeni və normal insan gəlməlidir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb
-
Səhhəti ağırlaşan Firuzə İbadovanın son vəziyyəti açıqlandı





