Siyasət

"Döyüşlər Şuşa həndəvərində gedir" - Arkadi Karapetyan

30 Oktyabr 2020 00:56
Baxış: 12 089

Dağlıq Qarabağdakı terrorçu xuntanın "müdafiə ordusu"nun sabiq komandanı, hərbi cinayətkar Arkadi Karapetyan xofda, qorxuda və təlaşdadır.

Milli.Az bildirir ki, o, Ermənistanı suçlayır, "İrəvan bizi satdı, bizə xəyanət etdi" deyir, Şuşa həndəvərində döyüşlərin getdiyini, qarabağlı ermənilərdən hələlik qaçmayanların da panikada olduğunu söyləyir.

A.Karapetyanın müraciətini təqdim edirik. "Bütün dünya ermənilərinə, xüsusilə də Ermənistan ermənilərinə müraciət edirəm.

Son vaxtlar cəbhəə xəttində baş verilənlər barədə yazılanları oxuyuram.

Məndə belə təəssürat yaranır ki, Ermənistandakılar burada, cəbhədə nə baş verdiyini anlamırlar. Əsla dərk etmirlər. Bəli, döyüşlərdə bilavasitə iştirak etməsəm də, orada, cəbhədə nə baş verdiyini dəqiq deyə bilərəm.

Çoxlu dostlarım, tanışlarım cəbhənin müxtəlif səmtlərində vuruşurlar.

Sirr deyil ki, indi Şuşa qalasının həndəvərində döyüşlər gedir.

Bilmirəm, Ermənistanda bunu etiraf edirlərmi, deyirlərmi...

Lakin indi döyüşlər Şuşa qalasının divarlarını altında gedir.

Türklər açıq döyüşə girmirlər. Onlar bizi uzaqdan bombalayır, sonra darmadağın edilmiş, məhv olmuş mövqelərimizi, həlak olmuş oğullarımızın olduğu yerləri tuturlar.

Bunları panika yaratmaq üçün yox, sizin dəstəyinizə nə qədər ehtiyacımız olduğunu anlatmaq üçün deyirəm.

Bizə peçenye yollamayın. Söz yox, o da gərəkdir, amma peçenye ilə iş düzəlmir.

İndi ən çox ehtiyacıımiız olan səmadan mühafizə olunmağımız, artilleriyamızın normal işləməsinə şərait yaradılmasıdır.

İlk əvvəl istərdik ki, Ermənistandan bura çoxlu qoşun gəlsin. Amma çox yollamırlar.

Belə fikir yaranır ki, sanki tək qalmışıq.

Əgər belədirsə, bizə arxa çeviribsinizsə - deyin, işimizi bilək.

Yox əgər belə deyilsə, ona bütün gərəkli yardımları edin.

Bizə yardım gərəkdir.

Bizi tədricən məhv edirlər, qüvvəmiz tükənir. Nə edək, bilmirik.

Sonadək mübarizə aparaq, yoxsa nə?!

Deyin bizə, məlumat verin - bilək nə edəcəyik.

Ümid edirəm erməniləər bizə köməyə gələcək. Təşəkkür edirəm"

Xatırladaq ki, Arkadi Muradoviç Karapetyan ermənilərin ən məşhur komandirlərindən biridir. 62 yaşlı Karapetyan ötən əsrin 70-ci illərindən başlayaraq Dağlıq Qarabağdakı separatçı hərəkatın fəal üzvlərindən olub.

Bir qədər əvvəl qarabağlı separatçıların lideri Araik Harutyunyan da döyüşlərin Şuşanın 5 kilometrliyində getdiyini demişdi.

Mili.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.