Siyasət

Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib

29 Oktyabr 2020 18:27
Baxış: 1 639

Dağlıq Qarabağda mümkün sülhməramlı missiya üçün Bakının razılığı olmalıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, beynəlxalq sülhməramlılar mövzusu yeni deyil:

"Bu, münaqişənin nizamlanması prosesinin əsas elementlərindən biri, baza prinsiplərinin tərkib hissəsidir və uzun illər sülh danışıqlarının əsasında olub. Bu barədə ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında deyilir. Bu qərarda Yüksək səviyyəli planlaşdırma qrupuna Dağlıq Qarabağda ATƏT-in çoxmillətli sülhməramlı qüvvələrin yaradılması, strukturunun müəyyənləşdirilməsi və fəaliyyəti üzrə planın hazırlanması tapşırılır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.