"Ermənistan növbəti dəfə sübut etdi ki, Azərbaycan haqlıdır"
"Azərbaycan XİN ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə bu günə təyin olunmuş görüşünün oktyabrın 30-na keçirilməsini təklif edib və bugünkü görüş təxirə salınıb. Cenevrədə yalnız ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş nəzərdə tutulurdu, dünən isə əlavə olaraq Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi təklif olunub amma hələ razılaşdırılmayıb".
Bunu Milli.Az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, Bərdəyə növbəti dəfə raket hücumu ilə ATƏT-in Minsk Qrupunun, həmsədr ölkələrin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz elan etmiş oldu:
"Görüşün vaxtının dəyişdirilməsi bir neçə zərurətdən doğub: Cenevrədə görüş Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə uyğun olan addımların müzakirəsi, şərtlərin razılaşdırılması, razılaşdırlımış şərtlərin həyata keçirməyə başlamaq üçün planlaşdırılırdı.
Dünən Ermənistanın "post sovet tarixində MDB ölkələrində mülki əhaliyə qarşı həyata keçirilmiş ən qanlı təcavüzlərindən biri olan raket hücümu ilə bugünkü görüşü sabotaj etdi. Bu sabotaj həm də Ermənistan tərəfinin danışıqlar əhəmiyyətsizdir mesaji verməsi idi. Bu isə Ermənistan baş naziri Nikol Paşinyanın "konfliktin diplomatik həlli mövcud deyil" açıqlamasını təsdiqləmiş olur. Belə olan halda Ermənistan ATƏT-in Minsk Qrupu və həmsədr ölkələrinin, o ölkələr ki, həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir münaqişənin həllinə dair səylərinin əhəmiyyətsiz elan etmiş olur".
Yeganə Hacıyeva qeyd edib ki, Ermənistan həmsədrlərin münaqişənin sülh yolu ilə həlli xülyalarını basdırmış oldu:
"29 oktyabr görüşün təxirə salınmasında Azərbaycanın təşəbbüsü növbəti görüşdə baza öhdəlikləri üzərində yeni təkliflər hazırlanması üçün müddət görüşün təxirə salınmasıdır. Yeni təkliflər atəşkəsin monitorinqi üzrə parametrlər mövzusunda "cəld və çevik" təsir alətlərinin formalaşması ilə münaqişənin tam həlli prosesini ehtiva edir. Azərbaycan tərəfi danışıqlarla paralel getməsində israr etdiyi təkliflərdən bir neçəsini sadalayıram:
1) Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərinin hamısından çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən edilməlidir. (vaxt cədvəli olması keçən görüşdə razılaşdırılıb) ;
2) Ermənistan tərəfi vaxt cədvəlinə ciddi riayət etməli;
3) sapmalar olacağı halda həmsədrlərin və tərəflərin məsuliyyəti və öhdəliyi müəyyənləşməli;
Dünən Bərdəyə hücumla Ermənistan "humanitar atəşkəs dövründə" insanlığa qarşı cinayət törətməklə həmsədrlərin münaqişənin sülh yolu ilə həlli məsələsindəki xülyalarını basdırmış oldu. Biz bunu həmişə bildirmişik və Ermənistan növbəti dəfə sübut etdi ki, haqlıyıq".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





