Siyasət

Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib

28 Oktyabr 2020 19:44
Baxış: 1 063

Bu gün Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti pisləyən qətnamə qəbul edib.

Azərbaycanın Pakistandakı Səfirliyindən Milli.Az-a verilən məlumata görə, qətnamə deputat, sabiq spiker Sərdar Ayaz Sadiqin təşəbbüsü ilə Assambleyaya təqdim olunub və yekdilliklə təsdiqlənib.

Xatırladaq ki, 2012-ci il fevralın 1-də Pakistan Senatının Xarici əlaqələr komitəsi, 2017-ci il fevralın 2-də isə Pakistan Milli Assambleyasının Xarici işlər üzrə daimi komitəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan qətnamələr qəbul etmişdi.

Hazırkı qətnamə isə bütövlükdə Pakistan Milli Assambleyasının mövqeyini əks etdirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.