"Məsciddə donuz saxlanılması faktı erməni vandalizmini bir daha təsdiqləmiş oldu" - Mübariz Qurbanlı
Ermənistanın təcavüzkar siyasətinin tərkib hissələrindən birini də Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən maddi-mədəniyyət nümunələri, o cümlədən tarixi-dini abidələrini məhv edilməsi, o cümlədən onların tarixinin saxtalaşdırılması, özününküləşdirilməsi təşkil edir. Bunun nəticəsi olaraq, 30 ilə yaxın müddətdə əzəli torpağımız Qarabağdakı varlığımızın, milli kimliyimizin maddi sübutları olan minlərlə tarixi abidəmiz dağıdılıb, milli-mədəni dəyərlərimiz təhqirə məruz qalıb.
Milli.Az bildirir ki, bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı qeyd edib ki, son günlər düşmən işğalından azad edilmiş Zəngilan rayonunda yerləşən erməni təcavüzünün qurbanına çevrilmiş məsciddəki videogörüntü, müqqəddəs məkanda donuz saxlanılması faktı erməni vandalizmini bir daha təsdiqləmiş oldu:
"Azərbaycanın maddi-mədəni və tarixi irsinə istiqamətlənmiş erməni vəhşiliyi bəşər mədəniyyətinə qarşı təcavüz olmaqla yanaşı, həm də bütün müsəlman dünyasına qarşı edilən cinayət və təhqirdir. Sözügedən fakt müsəlman ölkələri və xalqlarına yönəlik çirkin əmələ çevrilmiş islamofob meyillərin bariz göstəricisidir. İlahi dinlərin hər birində məbəd dağıtmaq böyük günah hesab edilir. Görünən odur ki, dini öz çirkin məqsədləri üçün bayraq edən ermənilərin etdiyi insanlıq əleyhinə cinayətlər heç bir dinin humanist prinsiplərinə uymur.
Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan dövləti məsuliyyət daşıyır.
Erməni işğalçılarının bu hərəkəti pislənilsə də, təəssüf ki, buna qarşı beynəlxalq təşkilatlar, böyük dövlətlər, xüsusilə müsəlman ölkələri səviyyəsində kifayət qədər layiqli münasibət bildirilmir. Bir çox hallarda bu prosesləri görməməzliyə vururlar, ən yaxşı halda isə sükutla üzərindən keçirlər. Bütün cəhdlərinə baxmayaraq, ermənilər tarixin yazısını dəyişdirə bilməyəcəklər. Çünki gerçək tarix yalnız həqiqətdən keçir, həqiqət isə birdir: Qarabağ Azərbaycanın tarixi torpağı, ayrılmaz tərkib hissəsidir. Bu gün tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan dövləti illərdir bütün dünyanın göz yumduğu bu vandalizmə son qoyaraq torpaqlarımızı işğaldan azad edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, xilas olan məbədlərimiz bərpa olunacaq və məscidlərimizdə azan səsi eşidiləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Böyük Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb - (Video)
-
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - (Foto/Video)
-
Prezident İlham Əliyevin Dublində Litva Prezidenti ilə görüşü olub - (Video)
-
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - (Foto)
XƏBƏR LENTİ
-
"Neftçi" və "Qarabağ"ın oyunlarının vaxtı bəlli oldu
-
Gələn il bu müavinətlər artırılacaq
-
Media və Yayım Şurası Azərbaycan-Ermənistan sərhədi ilə bağlı yayılan fotolara etiraz edib
-
Ayın 13-də 22 dərəcə isti olacaq - Proqnoz
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Afət Fərmanqızı it və pişiyinə baxıcı axtarır - Maaş hamını təəccübləndirdi
-
Kuryer motosikletlə məktəblini vurdu - Anbaan video
-
Bağça müəllimləri üçün sertifikatlaşdırma başlayır
-
Azərbaycanda qadın sahibkarların sayı açıqlandı
-
Moskvada "Lexsus" partladı
-
Polşada Azərbaycan generalına həsr olunmuş kitab nəşr edildi
-
Azərbaycanda müəllimlərə yeni qadağa qoyuldu
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var
-
Ruslan Sabirlinin qaldığı evdə yanğın: "Dəhşətli zəhərli duman aləmi bürüdü" - (Video)
-
Azərbaycanda tutulan türkiyəli mafiya başçısı kimdir?
-
Qızıl almaq istəyənlər bu xəbəri mütləq oxusun
-
Biləsuvarda ahıl kişi qadını fahişəliyə cəlb etdi - 10 manat alıb
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
-
Bakıda daha bir körpü sökülür - Yenisi tikiləcək
-
Türkiyədə axtarılan kriminal qruplaşma rəhbəri Azərbaycanda tutuldu
-
Rusiyanın itkiləri yeniləndi
-
Zaur Kamala görə izdiham yarandı - (Video)
-
- Bu qədim çay servizinin qiyməti hamını təəccübləndirdi - 321 min avro
-
Narkotikin təsiri altında avtoxuliqanlıq etdi - Həbs olundu - (Video)





