Siyasət

Popov Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona yollanıb

23 Oktyabr 2020 07:35
Baxış: 1 787

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

S.Ryabkov bildirib: "Xüsusi tapşırıqlar üzrə səfirimiz İqor Popov Vaşinqtona yollanıb. Orada oktyabrın 23-ü onun ABŞ nümayəndələri ilə Qarabağ üzrə danışıqları olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.