İllərdir formalaşmış hərbi büdcə döyüş meydanında öz bəhrəsini verir - Hərbi ekspert
Azərbaycan Silahlı Qüvvələri hələ 2000-ci illərin əvvəlindən başlayaraq müdafiə vasitələrinin artırılmasında əsas diqqətini yeni silah və texnikaların alınmasına yönəltdi. Bu silah və texnikaların arasında əsas yeri məhz yüksək dəqiqliyə malik yeni döyüş vasitələri tutur.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.
Onun sözlərinə görə, bunlar Pilotsuz Uçuş Aparatları, idarə olunan raket kompleksləri, operativ taktik raket kompleksi və ballistik raketləridir: "Gördüyünüz kimi, məhz bu gün Azərbaycan sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarında daha çox PUA-lardan və yüksək dəqiqliyə malik silahlardan istfadə edir. Hazırda biz ikinci Qarbağ müharibəsini yüksək texnologiyalar müharibəsi kimi adlandıra bilərik. Belə ki, bu gün yüksək dəqiqliyə malik silahlarla döyüşlər aparılır və həmin silahlardan məhz Azərbaycan ordusu istifadə edir.
Qarabağda müasir hərbi texnikaya sahib olan Azərbaycan ordusu ilə köhnə sovet texnikasına sahib Ermənistan ordusu arasında döyüşlər gedir. Məhz Azərbaycanın əldə etidiyi yeni silah və texnalogiyalar sayəsində qısa bir müddətdə düşmənin hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edilir. Belə demək mümkünsə, müasir döyüş texnikasında Azərbaycan standartları yaranır".
Hərbi ekspert qeyd edib ki, zenit raket komplekləri adətən hava hucumundan müdafiə üçün nəzərdə tutulub, ancaq bu gün Qarabağda gedən döyüşlərdə hər şey əksinədir: "Bu, tarixi hadisədir. Azərbaycan ordusu PUA-larla perfomans göstərərək düşmənin məhz hava hücumundan müdafiə üçün, xüsusən də pilotsuz uçuş aparatlarının məhvi üçün nəzərdə tutulan zenit raket komplekslərini, S-300 kimi dünya brendini məhv edir. Onu da əlavə edim ki, Azərbaycanda PUA-lardan şəbəkələşmiş bir formada istidadə olunur. Çünki iş tək müasir texnologiyalara sahib olmaqdan ibarət deyil, bu texnikaları istifadə edəcək şəxslər də lazımdır. Ona görə də Azərbaycan bu beyinlərin hazırlanması ilə də məşğuldur".
Rəşad Süleymanov əlavə edib ki, yeni texnologiyalar döyüş xərclərinin minimallaşmasına da şərait yaradır: "PUA-ların köməyi ilə hədəfə yalnız bir dəfə zərbə endirilir. Bir hədəfə 10 mərmi deyil, bir mərmi atılır. Biz bunu Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də görə bilərik. Eləcə də yüksək texnologiyalara malik döyüş texnikaları dedikdə tək PUA-ları deyil, müşahidə və idarə olunan raket sistemlərini göstərmək olar. Bu müharibə onu göstərdi ki, Azərbaycanın illərdir hərbi sahəyə ayırdığı vəsait boş yerə xərclənməyib. Ordumuz Ali Baş Komandanın da qeyd etdiyi kimi, "maksimum nəticə, minimum itki" prinsipinə əsaslanır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir
-
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirib
-
“Kurtlar Vadisi”nin ssenaristləri iki saatdan çox ifadə veriblər
-
Sabah Yasamalda qaz olmayacaq





