Siyasət

Ermənilər Xudafərini birdəfəlik unutsunlar

20 Oktyabr 2020 19:28
Baxış: 1 624

Erməni mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.