Siyasət

Cənub istiqamətində şiddətli döyüşlər: erməni əsgərləri İran ərazisinə keçirlər

18 Oktyabr 2020 15:43
Baxış: 12 914

Düşmənin əks-hücum əməliyyatları nəticəsində 17 oktyabrdan 18-nə keçən gecə qüvvəyə minən humanitar atəşkəs Ermənistan hökumətinin avantürist hərbi-siyasi strategiyası səbəbindən yenidən pozulub.

Milli.Az Virtualaz.org-a istinadən bildirir ki ki, oktyabrın 18-də səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri düşmənin hücumunu dayandırıb və cənub istiqamətində işğal olunmuş ərazilərdəki döyüş mövqelərinə hücum edib.

Azərbaycan qoşunları İran İslam Respublikası ilə sərhəddə dövlət suverenliyini bərpa edərək, Araz çayı boyunca düşməni təqib edirlər. Müdafiə Nazirliyindən bildirilib ki, erməni ordusunun 20-yə yaxın hərbçisi hərbi mövqelərini tərk edərək İran ərazisinə qaçıb.

Azərbaycan diplomatik kanallarla İran hökumətinə erməni əsgərlərinin qonşu dövlətin ərazisinə keçməsi barədə məlumat verib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.