Döyüş meydanında biabırçı şəkildə məğlub olan düşmən intiqam üçün Azərbaycanın mülki insanlarını hədəf alır - General Yücel Karauz
Ermənistanın işğalçılıq siyasəti, terrorçu mahiyyəti və müharibə cinayətləri göz önündədir. Düşmən məkrli, hiyləgər və riyakardır. Bir tərəfdən özü haqqında məzlum obraz yaratmağa çalışan Ermənistan digər tərəfdən də dinc azərbaycanlı əhaliyə divan tutur. Lakin Azərbaycan xalqı heç bir halda düşmənin hiylələrinə uyan deyil. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu istefada olan türkiyəli general Yücel Karauz bildirib.
Döyüş meydanında biabırçı vəziyyətdə məğlub olan düşmənin intiqam almaq üçün Azərbaycanın mülki insanlarını hədəf aldığını diqqətə çatdıran general Yücel Karauz deyib: "Azərbaycanda dinc əhalinin hədəf alınmaq Ermənistanın barbarlığı, faşizm qaydaları ilə idarə olunmasının təsdiqidir. Əslində burada yenilik yoxdur. İşğalçı dövlət Azərbaycan torpaqlarını da eyni üsullarla qəsb edib. İndi bu qeyri-insani hərəkətləri öz işğalçılıq siyasətini qorumaq məqsədilə tətbiq edir".
Düşmən qüvvələrin Gəncə, Mingəçevir, Goranboy, Ağcabədi, Naftalan və Dağlıq Qarabağ bölgəsindən xeyli uzaqda olan digər yaşayış məskənlərini hədəf almasının Ermənistanın hüquq tanımayan cinayətkar rejim tərəfindən idarə olunmasını bir daha təsdiq etdiyini vurğulayan general Yücel Karauz bildirib ki, müzəffər Azərbaycan Ordusu düşmənin şərəfsiz hərəkətlərinə məhəl qoymadan ləyaqətlə zəfər salnaməsini yazır. Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyev ətrafında sıx birləşməsi Milli Ordumuzun gücünü daha da artırır, qələbə rəhnini daha da yüksəldir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)





