Əli Əhmədov: "Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür"
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində ermənilərin Gəncə şəhərini xaincəsinə bombalaması, eləcə də Füzuli şəhərinin işğaldan azad edilməsi münasibəti ilə bağlı fikirlərini paylaşıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, Ə.Əhmədov qeyd edib: "Bu gün Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyev Füzuli şəhərinin işğaldan azad edildiyini bəyan etdi. Ordumuzun yeni möhtəşəm qələbəsi Qarabağın azadlığını anbaan yaxınlaşdırır. Füzulinin azad edilməsi xalqımızın azadlıq mübarizəsində xüsusi əhəmiyyətə malikdir.
Füzulinin işğaldan azad olunmasını heç cür həzm edə bilməyən erməni faşistləri dinc əhaliyə qarşı yeni vəhşiliyə əl atdılar. Gəncəni yenidən raket atəşinə tutdular.
Gəncənin ikinci dəfə raket atəşinə tutulması erməni vəhşiliyinin növbəti iyrənc ifadəsidir. Hərb meydanında məğlub olan Ermənistan, adətinə uyğun olaraq dinc əhalini, uşaq və qadınları hədəfə alır. Xocalıdakı vəhşəti törədənlərin övladlarından başqa bir şeyi gözləməyə dəyməz.
İllərlə hər cür şıltaqlıqlarına dözərək, bir sıra hallarda isə bu şıltaqlıqlara həvəsləndirərək indiki vəhşi xislətli Ermənistanı yaradanlar onun törətdiyi vəhşiliklərə görə məsuliyyət daşımalıdırlar. Lakin çox təəssüf ki, islah edilməsi mümkün olmayan barbar hərbi cinayətkarı yetişdirib bugünki bəşəriyyətə ürcah edənlər nədənsə susurlar. Dinc əhalinin, uşaqların, qadınların, yaşlı insanların həlak olması da onların daş qəlbini diqqətə gətirmir. İki raket zərbəsi nəticəsində Gəncə şəhərində 20-dən çox günahsız insan, o cümlərən qadın və uşağın qətlə yetirilməsi, 80-ə yaxın insanın isə ağır xəsarət alması cəzasız qalmamalıdır və qalmayacaqdır. Gəncə qətliamının bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Ermənistan rəhbərliyi əmin olmalıdır ki, törətdiyi vəhşiliklər Azərbaycan xalqının mübarizə və qələbə əzmini sındıra bilməz. Qəhrəman Azərbaycan Ordusunun zəfər yürüşü davam edir və edəcək.
Qarabağ Azərbaycandır!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
İlqarə necə arıqladığını açıqladı
-
Süni intellekt şirkətlərindən etiraf: Nəzarəti itiririk
-
"Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar olacaq"
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian





