Prezident İlham Əliyev: Mülki şəxslərə bu namərd hücumlar erməni faşizminin növbəti təzahürüdür
Bu, erməni faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu barədə Türkiyənin "A Haber" televiziya kanalına müsahibəsində Ermənistanın Tərtərdə dəfn mərasimi iştirakçılarını hədəfə almasından danışarkən bildirib.
"Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda. Bu, insanların dəfn mərasimində iştirak etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs bir yer sayılır. Ancaq bizim mənfur qonşularımız üçün müqəddəs anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü bundan sonra da bərpa etməyə davam edəcəyik", - deyə dövlətimizin başçısı vurğulayıb.
Mülki şəxslər arasında tələfat və dağıntılar barədə məlumat verən Azərbaycan Prezidenti qeyd edib ki, Gəncəyə, Tərtərə hücumlara baxmayaraq, biz heç zaman mülki şəxslərə qarşı atəş açmamışıq, bu gün də açmırıq. Biz bu insanların qisasını döyüş meydanında alacağıq.
Prezident İlham Əliyev deyib: "Bu namərd hücumlar davam edir. Onların əsas hədəfi mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə qədər mərmi düşürsə-düşsün Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayırlar və bütün bu çətinliklərə dözürlər. Onları birləşdirən bir amal var - Qarabağın qaytarılması, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyümüzün bərpa edilməsi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Trampın sərvəti açıqlandı
-
Azərbaycan AMERİPOL-da strateji tərəfdaşa çevrilir
-
İlham Əliyevin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçılarının qəbuluna dair video paylaşılıb - (Video)
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
XƏBƏR LENTİ
-
Qara Qarayev tıxacda qalan uşaqla selfi çəkdi - (Video)
-
Auditorlar Palatasının bir qrup üzvü və əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib
-
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb
-
Mertsin ABŞ səfəri ləğv edildi
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
-
İstanbulda boyun kütlətməyə gedən tır sürücüsü öldü - Həkimdən xəbərdarlıq - (Video)
-
Qəbələdə 65 yaşlı kişini avtomobil vurdu - Öldü
-
Bakıda 82 yaşlı kişi 9 mərtəbəli binadan yıxılaraq öldü
-
Hafiz Həsənovun məhkəməsində son qərar açıqlandı
-
Ronaldu "Əl-Nəsr"in sahibi olacaq?
-
"Ziraat Bank Azərbaycan" çoxdan gözlənilən “Payız kampaniyası”nı təqdim edir!
-
TDT-nin müsəlman dini idarə rəhbərləri Ağdama gəliblər - (Foto)
-
Azərbaycanda quru sərhədlər açılır?
-
"Son mənzilə qədər Rəmişin yanında olmusunuz" - (Video)
-
Bir gündə 48 cinayət açıldı, 141 nəfər saxlanıldı
-
Limon turşusunun sirri açıldı - Limonla heç bir əlaqəsi yoxdur
-
Gürcüstan Azərbaycana yeni səfir təyin edib
-
Sabunçuda avtomobil piyadanı vuraraq öldürdü
-
Xames Rodriges millidən getdi
-
Sumqayıtda ağır qəza - Ölən və yaralanan var
-
Məkkəyə hücum cəhdi - Dron məhv edildi - (Foto)
-
Air Astana Qazaxıstan və Bakı arasında qış reyslərinə aviabiletlərin satışını açıb
-
UEFA Avropa Liqası: İlk turun matçları





