"Ermənistanın itirilmiş torpaqları geri qaytarmaq cəhdləri göstərir ki, işğalçı mahiyyətini dəyişə bilmir"
Bu gün Azərbaycan ordusunun zəfəri qarşısında erməni silahlı qüvvələrinin əks-hücuma keçməsi və yaxud azad edilmiş əraziləri geri qaytarmaq cəhdləri artıq Ermənistan hərbi-siyasi rəhbərliyinin ağlını itirdiyini göstərir.
Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, itirilmiş əraziləri geri qaytarmaq cəhdinə görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür: "Çünki nəticə etibarı ilə bu cəhdlər çoxsaylı erməni gənclərini məhvə sürükləmək anlamındadır, onların məhvi deməkdir. İş o yerə gəlib çatıb ki, artıq Ermənistan hərbi məktəbin kursantlarını Füzuli istiqamətində döyüşlərə göndərib və nəticəsi də bəllidir. Nəzəriyyə ilə məşğul olan kursantları Azərbaycan silahlı qüvvələri tamamilə məhv edib və bunun bütün məsuliyyəti təbii ki, Paşinyanın üzərinə düşür.
Bu gün Ermənistanın hərbi-siyasi rəhbərliyi düşünməlidir ki, əgər Azərbaycan öz torpaqlarını hərbi yolla geri qaytarırsa, erməni silahlı birləşmələri üçün ən yaxşısı xoşluqla torpaqlardan çıxmaqdır. Əks halda bütün Ermənistan silahlı qüvvələri məhv ediləcək".
Deputat əlavə edib ki, Ermənistanın itirilmiş torpaqları geri qaytarmaq cəhdi eyni zamanda işğal siyasətini davam etdirmək niyyətidir:
"Bir yandan danışıqlara gəlir, bir yandan humanitar atəşkəsə razılıq verir, digər tərəfdən də itirilmiş torpaqları geri qaytarmaq, yeni işğal siyasətini həyata keçirmək istəyir. Görünür Ermənistan hakimiyyəti hələ də cəfəng fikrindən yan keçə bilmir, yenə də öz işğalçı mahiyyətini dəyişə bilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Özünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
-
Sürücülər bu mahnılara qulaq asmasın
-
"Selena"nın ulduzları gəlinlikdə - (Fotolar)
-
Psixoloqlara görə, soyuducuya maqnit asmaq bunu bildirirmiş
-
Qəhvəsini şəkərsiz və sütsüz içənlərin ortaq xüsusiyyəti var imiş
-
Həmin obraz Savaş Özdemirə verilmişdi - Etirazlardan sonra dəyişiklik
-
Yeni yaradılacaq "rəqabət xəritəsi"nin məqsədi nədir? - (Video)
-
Günün qoroskopu: İntuisiyanız məntiqinizi üstələyəcək
-
Elşad Xose haqqında yayılan xəbərlərdən sonra ilk dəfə - (Video)
-
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
-
80 yaşında olması inanılmazdır - (Video)
-
“Qalatasaray”da ilk ayrılıq: Okan Buruk qərarını verdi
-
Əsa ilə görüntülənən Cem Yılmazdan iddialara cavab - (Video)
-
Cüdoçumuz Narek Vardanyanı məğlub edərək qızıl medal qazandı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
-
40 min azalma: siniflər boşalır, müəllimlər ixtisar olunur
-
Paşinyan Göyçə gölündə çimdi - Video
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)





