İtaliyadakı Azərbaycan diasporu ayağa qalxdı - YENİLƏNİB - FOTO
19:24
Roma şəhərində keçirilən icazəli aksiyada işğalçı Ermənistan ordusunun Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində mülki şəxslərin, o cümlədən azyaşlı uşaqların və qadınların həlak olmasına, mülki obyektlərin dağıdılmasına kəskin etiraz edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, İtaliya-Azərbaycan Birliyi və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının üzvləri, diaspor nümayəndələri ilə yanaşı, İtaliya ictimaiyyətinin təmsilçiləri - İtaliya-Azərbaycan Ticarət Palatasının sədri, xanım Manuela Traldı, Neapol-Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilyo, Sapienza Universitetinin professoru Daniel Pomyer Vinselli də aksiyada iştirak edərək erməni vandalizminə qarşı etiraz səslərini ucaldıblar.
Aksiya iştirakçıları İtaliya ictimaiyyətinin diqqətini Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinin, Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam və digər rayonlarının, artilleriya atəşinə tutulmasına yönəldib, Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyəti bu vandalizm aktlarına biganə qalmamağa çağırıb.
Aksiyada Azərbaycan Respublikasının Dövlət Himni oxunub, Ermənistanın təcavüzkar siyasətini və vandalizm aktlarını əks etdirən plakatlar nümayiş olunub. İştirakçılar müxtəlif dillərdə "Qarabağ Azərbaycandır!", "Gəncə cəbhə bölgəsi deyil!", "Mülki insanlar toxunulmazdır!", "Biz terrora yox deyirik", "Erməni terrorçuluğuna son qoyun!", "Uşaq ölümünə son qoyun!", "İşğalçı dövləti dəstəkləməyin!", "Ermənistan - BMT qətnamələrinə əməl et!" və s. şüarlar səsləndirib.
Qeyd edək ki, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən, ikinci böyük şəhəri olan Gəncəni növbəti dəfə raket atəşinə tutub. İşğalçı Ermənistan ordusunun raket zərbələri nəticəsində Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, 4-ü qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6 azyaşlı uşaq olmaqla, 35 nəfər yaralanıb.
18:52
Oktyabrın 15-də İtaliyada yaşayan soydaşlarımız Roma şəhərində İtaliya parlamentinin binası qarşısında Ermənistanın Azərbaycana qarşı son təxribatlarına, işğalçılıq siyasətinə və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhalini atəşə tutmaqla törətdiyi terror aktlarına etiraz olaraq dinc aksiya keçirirlər.
Milli.Az Trend-ə istinadən bildirir ki, aksiyada bu ölkədə yaşayan və təhsil alan soydaşlarımız, yerli ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Aksiya iştirakçıları İtaliya parlamentinə ünvanlanan bəyanatı səsləndiriblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Türkmənistan Prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
XƏBƏR LENTİ
-
Dağılmayan turşulu kiftə resepti
-
Neçə dəqiqəyə günəş yanığı yaranır?
-
Gecə yuxusu üçün ən ideal otaq temperaturu açıqlandı
-
Hindistan qozu qabıqlarını yolların altına döşəməyə başladılar
-
Dəqiqələr ərzində hazır: Tavada brauni resepti
-
Elman Paşayevin oğlu həbs edildi
-
Ermənistan ABŞ ilə birgə hərbi təlimlərə başlayır
-
Azərbaycanda xanəndə dünyasını dəyişdi
-
Azərbaycanda Məhərrəm ayı başlayıb
-
Günün qoroskopu: Riskli investisiyalardan uzaq durun
-
İzzət Bağırovun oğlu məzun oldu - FOTO
-
"Space" TV-də yüksək vəzifəyə təyinat
-
“Turan Tovuz” avrokuboka buraxılmadı - CAS-dan yekun qərar
-
Asenanın son halı - tanımaq olmur - FOTO
-
Yeddi il əvvəl əkinə başladı - hər ağacdan 300 kq məhsul götürür – FOTO
-
Köhnə Günəşlidə binada yanğın - VİDEO
-
“El Calor en Baku – Azerbaijan Tango Festival” Beynəlxalq Tanqo və Mədəniyyət Festivalının proqramı təqdim olunub
-
Pezeşkian ABŞ ilə yekun razılaşmadan danışdı
-
Kafedə yemək yediyi yerdə boğuldu - Xilas edilmə görüntüləri - VİDEO
-
İspaniya Kabo Verde ilə oyunda xal itirib - YENİLƏNİB
-
Matçın ilk 30 dəqiqəsində topa toxunmadı
-
Hörmüzün tam açılacağı tarixi açıqlandı
-
Gəncədə iki avtomobil toqquşub - xəsarət alanlar var
-
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib





