Haaqada müstəqil Azərbaycan dövlətinə dəstək ifadə olunub
Niderlandın Haaqa şəhərində müstəqil Azərbaycan dövlətinə dəstək məqsədilə toplantı keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Ana Vətən" Azərbaycanlı Qadınlar Birliyinin təşkilatçılığı ilə keçirilən toplantıda Niderland-Belcika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, "Ana Vətən" Avropalı Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva, niderlandlı millət vəkili Tunahan Kuzu, Holland-Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland-Belcika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupun sədri Emil Əliyev, Niderland-Azərbaycan "Odlar Yurdu" Cəmiyyətinin sədri Firəngiz Bagırova, diaspor fəalı İlkanə Goja və digərləri iştirak ediblər.
Tədbir iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən uzaqda yerləşən Gəncə, Mingəçevir və digər şəhərlərinə istifadəsi qadağan olunmuş raketlərlə zərbələr endirməsini sərt şəkildə pisləyiblər. Ermənistanın mülki vətəndaşlarımızı hədəfə alması amansız terror aktı və bütün beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirilib. İşğalçı Ermənistan hökumətinin uşaq qatili kimi beynəlxalq tribunal qarşısında cavab verməli olacağı vurğulanıb.
Toplantı zamanı Avropa Parlamentinə, Niderland Parlamentinə və Niderlandın Xarici İşlər Nazirliyinə ünvanlanmış bəyanat qəbul edilib. Bəyanatda Niderland hökumətinə, dünya birliyi və beynəlxalq təşkilatlara Ermənistanın təxribatçı hərəkətlərinin pislənməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olunması ilə bağlı qətiyyətli addımlar atmaq üçün çağırış edilib.
Tədbir "Qarabağ Azərbaycandır!" şüarının birlikdə səsləndirilməsilə yekunlaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev





