Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub göndərib
İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri, Ermənistanın Azərbaycanın Gəncə şəhərində və digər rayonlarında mülki insanlara qarşı həyata keçirdiyi mənfur hücumları dərin kədər və narahatlıq hissi ilə izləyirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi beynəlxalq və humanitar hüququn belə aşkar və qeyri-legitim şəkildə pozulması məni çox narahat edir. Bizə tariximizin ən dahi şairlərindən birini bəxş edən və adı bu Mərkəzin bütün üzvləri üçün qürur mənbəyi olan qardaş Gəncənin sakinlərinə insanların həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi vəzifəsində olarkən təşkilatın bütün üzv dövlətlərini Ermənistanın təcavüzünə və işğalına qarşı lazımi tədbirlər görməyə çağırmışam, bir sıra mühüm qətnamələr qəbul etmişəm. Bu qətnamələrə əsasən, İƏT-in 57 üzv dövləti Ermənistanın təcavüzkar və işğalçı olduğunu təsdiqləyib və qəbul edib, hərbi təcavüzün qurbanlarına maliyyə və iqtisadi yardım etmək öhdəliyi götürüb, nəhayət, Azərbaycan ərazisindəki İslam dininə aid tarixi abidələrin məhv edilməsini pisləyib.
Zati-alinizin müdrik rəhbərliyi sayəsində bu gün Azərbaycan işğal altındakı torpaqlarının əhəmiyyətli hissələrini azad etməkdə davam edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dünya ictimaiyyətinin bu münaqişə ilə bağlı məlumatlandırılmasında fəal rol oynamasından qürur duyuram. Əminəm ki, Mərkəz dinamik şəbəkəsi vasitəsilə Azərbaycanın haqq işini beynəlxalq forumlarda uğurla təqdim edəcəkdir.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, davamlı və əhəmiyyətli uğurlar arzulayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Mərkəzi Asiyada yeni geosiyasi reallığın memarlığı
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
XƏBƏR LENTİ
-
İkram Kərimov vəfat etdi
-
DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək
-
Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır
-
Fransada meşə yanğınları nəzarətə götürüldü
-
5-dən çox yuxu pozğunluğu simptomu insult riskini kəskin artırır
-
Bu bürclər ehtiyatlı olmalıdır
-
80-ci illərin əfsanəvi ətirləri yenidən dəbdədir - 4 klassik qoxu
-
Səhərlər acqarına bunu etmək faydalıdır, yoxsa zərərlidir?
-
Pendiri daha uzun saxlamaq üçün sadə üsul
-
Çətin yuxuya gedənlərdə insult riski çox artır - Diqqət
-
Avqust üçün ən yaxşı – Qarpız pəhrizi
-
Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü





