QMİ nümayəndəsi, Rus Pravoslav Kilsəsinin baş keşişi və Gəncə Yəhudi Dini İcması birgə bəyanat yayıblar
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin iereyi Varfolomey Denis Sotnikov və Gəncə Yəhudi Dini İcmasının sədr müavini Anar Məmmədov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejimini kobudcasına pozaraq, cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutmasını kəskin şəkildə pisləyən birgə bəyanat yayıblar.
Milli.Az Trend-ə istinadən bəyanatın mətnini təqdim edir:
"Məlum olduğu kimi, Gəncə şəhəri 4 oktyabr 2020-ci il tarixindən başlayaraq davamlı şəkildə raket atəşinə tutulur. Bunun nəticəsində indiyədək 11 mülki şəxs həlak olub, 70-dən çox dinc sakin yaralanıb. 10 yaşayış binası tamamilə dağılıb, 100-lərlə obyektə ciddi ziyan dəyib. Ermənistanın Gəncəyə qarşı hərbi təcavüzü nəticəsində 3 uşaq hər iki valideynini itirib. Gəncədə olan ölkə və yerli əhəmiyyətli tarixi abidələr, mədəniyyət obyektləri, habelə təhsil müəssisələri ilə yanaşı, buradakı dini məbədlərə də ciddi ziyan dəyib. Belə ki, 1887-ci ildə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsi, XIV əsrin İmamzadə Dini-Memarlıq Abidə Kompleksi də zərər görüb. Çoxmillətli və tolerant ölkə olan Azərbaycan burada yaşayan bütün millət və xalqların ümumi vətənidir. Öz taleyini, öz həyatını bu torpağa bağlayan, əsrlərdən bəri bu torpaqda yaşayan, müxtəlif millətlərdən olub, fərqli dinlərə etiqad edən insanlar - bütünlüklə hamısı azərbaycanlıdır.
Qeyd etmək lazımdır ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkəmizdə yaşayan xalqların içərisinə dəfələrlə ədavət toxumu səpməyə, onlar arasında olan birlik və bərabərliyi pozmağa çalışsa da buna nail ola bilməyib. Onların təxribatları, dinc əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq, bu torpaq uğrunda şəhidlik zirvəsinə ucalan həmvətənlərimiz aramızda olan birlik və qardaşlıq tellərini daha da möhkəmləndirir.
Biz, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini, ağır kütləvi qırğın silahlarının dinc mülki əhaliyə qarşı istifadəsini qətiyyətlə pisləyir, beynəlxalq strukturları ikili standartlar siyasətindən əl çəkməyə, təcavüzkar ölkə olan Ermənistana lazımi təzyiq göstərməyə çağırırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
XƏBƏR LENTİ
-
45 yaşlı Adriana Limanın son görüntüsü - (Foto)
-
Evdə bişirib satanların nəzərinə: Yeni qaydalar gəlir, sertifikat tələb olunacaq - (Video)
-
Həyat yoldaşınızın sizi aldatdığını büruzə verən 7 sözdən ibarət cümlə
-
Evinizdə bu çiçəkləri saxlamayın: Havanı zəhərləyir, təhlükə saçır
-
“Biz bir daha heç vaxt müstəqillik haqqında xəyal qurmamalıyıq” - Paşinyan
-
Bakıda 52 qəzalı bina söküləcək: Kompensasiya məbləği açıqlandı
-
Günün qoroskopu: Pula görə özünüzü stresə sala bilərsiniz
-
Qubadlıda yaşayış kompleksi tikilir - (Video)
-
Afra Saraçoğlu sərbəst buraxıldı - Yenilənib
-
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
-
Sabah bu ərazilərdə işıq olmayacaq
-
Nikolas Keycin son halı - (Foto)
-
Evdə yoxsa şarj stansiyasında? Elektrikli avtomobillərin yürüşü və qiymətində kəskin fərq - (Video)
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu - (Foto)
-
Məhəmməd Salah sürücülük hüququndan məhrum edildi
-
"Qəbzi deyil, hesabınızı yoxlayın": Vətəndaşları aldadan yeni dələduzluq üsulu
-
“Ömer Baba”: “Şaşmaz qardaşları dürüst adamlar deyil”
-
Xətai, Ağdaş və Yevlaxda qaz olmayacaq - Yenilənib
-
Kozinoğlunun müəmmalı ölümü: Türkiyədə sabiq jurnalist həbs olundu
-
Serdar Ortaç vəsiyyətini açıqladı
-
“Elmlər”də axşam saatlarında avtobus böhranı - (Video)
-
Oğuzhan Koç onu konsertindən qovdu - (Video)
-
Abşeronda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"
-
“Turan Tovuz” – “Fənərbağça” oyununun vaxtı açıqlanıb





