Prezident İlham Əliyev: Paşinyan Sorosun bir məhsuludur
Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev ktyabrın 13-də Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində deyib.
Dövlət başçısı bildirib.
"İndi Paşinyanın ən çox ümid bəslədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Rusca buna ODKB deyirlər. ODKB-nin Nizamnaməsində yazılıb ki, əgər hər hansı bir ölkəyə xaricdən hücum olarsa digər ölkələr bunun gərək canını qurtarsın. Amma ODKB-nin baş katibi erməni idi, keçmiş rejimin adamı idi. Onu həbsə atdı. Yəni, o təşkilatı da təhqir etdi. Nə qədər belə şeylər etdi. Artıq hər kəs bilir ki, Paşinyan Sorosun bir məhsuludur. Bu, Soros tərəfindən idarə olunan bir adamdır. Postsovet məkanında baş vermiş çevrilişlər, "inqilablar" bir mənbədən qaynaqlanır. Soros artıq ümumi bir anlayış oldu. Mən tək onu nəzərdə tutmuram. Budur, Paşinyanın da Sorosla şəklini internetdə axtarın. Durublar qol-qola, bədənləri də bir-birinə yapışıb. Çox eybəcər bir fotoşəkildir. Odur onun atası. Ona görə Soros onu idarə edir. Ermənistanda baş vermiş bu hadisələr Sorosun növbəti məğlubiyyətidir.
2005-ci ildə onlar Azərbaycanda bunu etmək istədilər - narıncı inqilab. Amma mən durdum onların qabağında, əzdim onları, qovdum buradan, sonra Soros fondlarını da bağlatdım. Digər qeyri-hökumət təşkilatlarını da buradan rədd etdim. Dedim ki, biz özümüz bilərik. Gedin, başqa yerdə inqilab edin. Amma onlar Ermənistanda oturuşdu, qeyri-hökumət təşkilatları vasitəsilə oraya pullar gətirildi, insanlar yetişdirildi. Bu gün Paşinyan komandasının 90 faizi Soros, "Transparency International", "Amnesty International", "Human Rights Watch" və bu kimi çirkin təşkilatların nümayəndələridir. Ona görə mən bu yaxınlarda rus kanallarının birinə müsahibə verəndə dedim ki, bu gün bizim məqsədimiz Paşinyana problem yaratmaq deyil. O, nə qədər çox qalsa, bizim üçün o qədər də yaxşıdır. Yəni, başa düşürsünüz nəyə görə".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Prezident İlham Əliyev onları təltif etdi - Siyahı
-
İsgəndər Cavadov Prezidentin fəxri diplomu ilə təltif edilib
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





