Prezident İlham Əliyev: Gəncə şəhərinə xain hücum Ermənistanın növbəti terror aktıdır
Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atırlar. Mülki şəxslərə, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bu fikirləri Türkiyənin "Haber Türk" televiziya kanalına müsahibəsində Ermənistanın Gəncəyə qəddar hücumu ilə bağlı suala cavabında səsləndirib.
Dövlətimizin başçısı bu xain hücumun məqsədini açıqlayaraq deyib: "Onlar bu münaqişənin coğrafiyasını genişləndirmək, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirlər. Məhz buna görə Ermənistan ərazisindən Azərbaycan torpaqlarını, mülki şəxsləri atəşə tuturlar və bizi cavab atəşinə təhrik edirlər. Fəqət mən demişdim ki, bizim qisasımız döyüş meydanında olacaq. Biz heç zaman mülki şəxslərə qarşı heç bir addım atmırıq və bizim bütün hədəflərimiz hərbi hədəflərdir. Əməliyyatın ilk günlərindən bütün hərbi hədəflər bir daha nəzərdən keçirildi və bizim dəqiq, sərrast atışlarımız bu hədəfləri məhv etdi. Erməni ordusuna çox böyük zərər vuruldu, 200-dən çox tank, 2 "S-300" hava hücumuna qarşı qurğu, bir çox başqa texnika məhv edildi, 33 tank və digər texnika qənimət kimi götürüldü".
Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın növbəti terror aktıdır. Ancaq bu terror aktı Azərbaycan xalqının iradəsini qıra bilməz. "Biz düşmənə qarşı daha böyük əzmlə, iradə ilə vuruşacağıq, daha əzmlə, iradə ilə öz torpaqlarımızı azad edəcəyik və Azərbaycan bayrağını işğal edilmiş bütün torpaqlarda qaldıracağıq", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)
-
Madrid debisində “Atletiko” “Real”a qalib gəlib
-
Pakistanda keçmiş baş nazir İmran Xanın bacısı saxlanıldı
-
Alim Qasımovdan tənqidlərə reaksiya: "Üzeyir bizim qardaşımızdır"
-
"Fənərbaxça" "Eyüpspor"a qalib gəlib
-
Sürücülərin diqqətinə: Bu qəsəbədə təmir işləri aparılacaq
-
“İran Prezidenti ilə görüşməyə hazıram” - Donald Tramp
-
Yeniyetmə akrobatlarımız Dünya yarışında iki medal qazanıblar - (Foto)
-
Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb





