Özbəkistandakı Azərbaycan diasporu beynəlxalq təşkilatlara müraciət edib
Özbəkistanda fəaliyyət göstərən Azərbaycan diasporu BMT-nin baş katibinə, BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, MDB və YUNESKO kimi mötəbər beynəlxalq təşkilatlara müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynovun imzası ilə yayılan müraciətdə bildirilib ki, soydaşlarımız sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejimini kobudcasına pozulmasına, Azərbaycanın mülki əhalisi arasında ağır tələfatlara gətirib çıxaran yeni hərbi təxribat törətməsinə kəskin etiraz edirlər: "Bu təxribat Ermənistanın birbaşa Azərbaycan torpaqlarında işğalçı siyasət apardığını sübut edir".
Ermənistanın BMT-nin 4 qətnaməsinə indiyədək əməl etmədiyi, Tovuz təxribatı ilə Azərbaycanın yeni ərazilərini ələ keçirmək niyyəti güddüyü yada salınıb. Azərbaycan Ordusunun ermənilərin son təxribatına cavab olaraq əkc-hücuma keçdiyi, işğal altında olan bəzi ərazilərimizi azad etdiyi bildirilib.
"Prezident İlham Əliyevin dediyi kimi, uğurlu əks-hücum əməliyyatı işğala, otuz ilə yaxın müddətdir davam edən ədalətsizliyə son qoyacaq! Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşları Vətən həsrətilə yaşayırlar. Ermənistan rəhbərliyi tərəfindən öz əcdadlarının torpaqlarından zorakılıqla qovulmuş insanlar, baxmayaraq ki, evləri dağıdılıb, doğma ocaqlara qayıtmaq istəyirlər. Ağdam, Füzuli şəhərləri, işğal olunmuş ərazilərdəki məscidlər, qəbiristanlıqlar dağıdılıb. Bütün bunlar ən vəhşi üsullarla törədilib. Azərbaycanın mübarizəsi təkcə ərazi bütövlüyü uğrunda deyil, həm də ədalət naminədir".
Qeyd edilib ki, dünyada, o cümlədən Özbəkistanda yaşayan azərbaycanlılar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək, 1 milyondan artıq qaçqın və məcburi köçkünü evlərinə qaytarmaq, vətəndaşlarının dinc yaşamalarını təmin etmək səylərini, eləcə də həmvətənlərinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində pozulmuş hüquq və azadlıqlarının bərpasını tamamilə dəstəkləyirlər. "Dünya birliyindən xahiş edirik ki, Azərbaycan rəhbərliyinin hazırkı qərarlarına anlaşıqla yanaşılsın, Ermənistan rəhbərliyinin işğalçı qərarlarına təsir göstərsinlər, problemin sülh yolu ilə həllinin son dərəcə vacib olduğunu onlara anlatsınlar. Azərbaycanın işğal edilmiş əraziləri qeyd-şərtsiz azad olunmalıdır! Biz ərazilərimizin azad edilməsinə, qaçqın və məcburi köçkünlərin öz doğma yerlərinə tezliklə qayıdacaqlarına, sülhün və sabitliyin bərpasına ümid edirik", - deyə vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak ediblər - (Foto)
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib
-
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan üç bəyanatına qoşulmadı - XİN
-
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib
XƏBƏR LENTİ
-
Çiçək və ya şabalıd deyilmiş - Ən sağlam bal açıqlandı
-
Kərə yağını kimlər yeməməlidir? – Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq
-
“Survivor”ın məşhur iştirakçısı tanınmaz halda - (Foto)
-
Üç bürcün həyatı yaxşılığa doğru dəyişəcək
-
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
-
Dünyada sahili olmayan yeganə dəniz
-
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
-
Azərbaycanlı serial ulduzu uşaqlıqdan bu günə - (Fotolar)
-
Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin
-
Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
-
Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
-
Təkcə bir bölümə milyon dollar alırlar - Siyahı
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Günün qoroskopu: Kiçik səhvləri faciəyə çevirməyin
-
"Sən mənim başımı yerə soxmusan" deyib hamilə bacısı bıçaqladı - Yenilənib - (Video)
-
“Sehrli xalat”ın Rəşidi niyə gülə bilmirdi? – Məşhur filmin kamera arxası - (Foto)
-
Lixtenşteyn - Azərbaycan oyunu başlayıb - Yenilənib
-
Ərini öldürüb basdırdı, üzərində güllər əkdi
-
Rusiyada ağır qəzada azərbaycan vətəndaşı həlak oldu - (Video)
-
83 yaşlı Robert De Niro 47 yaşlı xanımı ilə - (Foto)
-
Sumqayıtda zavodda bıçaqlanan şəxs mühafizəçi imiş
-
Yük avtomobili ilə sürücülərin həyatını risk altına atanların məsuliyyəti nədir? - (Video)
-
Ağstafada üç nəfərin yaralandığı qəzanın təfərrüatı - (Video)
-
Vətalət Mehdiyeva vəfat etdi





