Siyasət

Ukrayna Azərbaycanı dəstəklədi

30 Sentyabr 2020 12:25
Baxış: 1 164

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba brifinq zamanı deyib.

O bildirib ki, müharibə faciə və dağıntı deməkdir:

"Hazırkı vəziyyət göstərir ki, dondurulmuş münaqişələr heç də dondurulmuş deyil və istənilən an partlaya bilər".

Nazirin sözlərinə görə, vacib məqam ölkələrin ərazi bütövlüklərini dəstəkləməkdir:

"Azərbaycanın bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik və dəstəkləyirik. Bizim mövqeyimiz dəyişməz qalacaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.