Siyasət

Ninoçminda və Axalkalakidəki ermənilərin Qarabağa savaşmaq üçün qeydiyyata alınması cinayət əməlidir - Hüquqşünas

29 Sentyabr 2020 18:15
Baxış: 2 355

Mən bu gün bir Gürcüstan vətəndaşı və Gürcüstan vəkillər kolleqasının üzvü olaraq Gürcüstanın Axalkalaki və Ninotsminda rayonlarında baş verən hadisə ilə bağlı hüquqi fikir bildirməyi özümə borc bildim. Hamı üçün məlumdur ki, bu rayonlarda bu gün milliyətcə erməni olan Gürcüstan vətəndaşlarının Qarabağda vuruşması üçün qeydiyyat aparılır. Bu, nəinki beynəlxalq qanunlara, hətta Gürcüstan qanunvericiliyinə zidd olan bir əməl və faktdır. Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsində xüsusilə qeyd olunur ki, Gürcüstan vətəndaşı başqa bir dövlətin hərbi hissəsinə üzv olmaq, orada iştirak etmək və yaxud bu hərəkətlərə başqasını təhrik etmək Gürcüstan Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir cinayət əməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə hüquqşünas, vəkil Ceyhun Məmmədov 28 sentyabr tarixində Samcxe Javaxeti bölgəsinin Ninoçminda və Axalkalaki rayonlarında Azərbaycan-Ermənistan münaqişəsində işğal olunmuş Qarabağda savaşmaq üçün getmək istəyən Gürcüstan vətəndaşı olan ermənilər haqda şərh edərkən bildirib.

Hüquqşünas C.Məmmədov müvafiq məsələ ilə əlaqədar Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə (DTX), Gürcüstan Baş Prokrorluğuna mürəciət edərək, sözügedən mövzu ilə əlaqədar hüquqi bir qiymətin verilməsini tələb edib: "Hamı üçün məlumdur ki, Qarabağ Azərbaycanın tərkib hissəsi sayılır və belə çıxır ki, Gürcüstan vətəndaşları gedib Qarabağda, yəni Azərbaycan torpaqlarında, Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd etmək üçün burada qeydiyyat aparılır. Bununla bağlı mən bir daha vurğulamaq istərdim ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokrorluğu işlə bağlı hüquqi bir qiymət versin və cinayətkaşları aşkar edib cinayət məsuliyyətinə cəlb etmək üçün hər cür xüsusi tədbirlər həyata keçirsin".

Hüquqşünas, Ninoçminda və Axalkalakidə yaşayan Gürcüstan vətəndaşı ermənilərin Qarabağda Ermənistan lehinə savaşmaq üçün qeydiyyata alınmasını Gürcüstan Cinayət Məcəlləsinin 310-cu maddəsinə zidd olduğunu vurğulayıb: "310-cu maddədə Gürcüstanın xarici təhlükəsizliyinin pozulmasını nəzərdə tutur, bu maddəyə əsasən, Gürcüstan vətəndaşının başqa bir dövlətin, xüsusilə də Azərbaycan kimi Gürcüstanın hərtərəfli partnyor bir dövlətin ordusuna qarşı, başqa bir dövlətin hərbi hissəsinə üzv olması, orada iştirak etməsi və yaxud bu hərəkətlərə başqasının təhrik edilməsi Gürcüstan Cinayət Məcəlləsində nəzərdə tutulmuş bir cinayət əməlidir. Bu faktla bağlı cinayət işi qaldırılmalıdır və bu fakta hüquqi bir qiymət verilməlidir".

Xatırladaq ki, ötən gün Gürcüstanın Ninoçminda və Axalkalaki rayonlarında yaşan erməni vətəndaşları Qarabağda Ermənistan tərəfdən savaşmaq üçün qeydiyyata alınma prosesine başlayıblar.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.