Siyasət

Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib

29 Sentyabr 2020 17:06
Baxış: 1 354

İordaniya Haşimilər Krallığının Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi Dağlıq Qarabağ regionunda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin inkişafını narahatlıqla izləyir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu nazirliyin sözçüsü səfir Deyfullah Əli əl-Fayez deyib.

O, vəziyyətin sakitləşdirilməsinin, təmkinliyin, atəşkəsin və münaqişənin BMT Təhlükəsizlik Şurasının əlaqəli qərarlarına və beynəlxalq legitimliyə uyğun danışıqlar vasitəsilə dinc yollarla siyasi həllinin əhəmiyyətini qeyd edib.

Deyfullah Əli əl-Fayez qurbanların olmasından təəssüfünü ifadə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.