Siyasət

Mustafa Şentop: "Türkiyə var qüvvəsi ilə Azərbaycanın yanındadır"

28 Sentyabr 2020 19:39
Baxış: 1 475

Bütün dünya, əsasən də Ermənistanın terrorçuluq siyasətinə ortaq olanlar bilməlidirlər ki, Azərbaycan Türkiyə üçün təkcə dost ölkə, yaxın bir istiqamət deyil, eyni zamanda, könül və tale məkanıdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsindən gərginləşən vəziyyətə münasibət bildirərkən ifadə edib.

Türkiyə parlamentinin sədri deyib: "Türkiyə hər zaman bütün maddi, mənəvi qüvvəsi ilə Azərbaycanın yanındadır. Bir anlıq tərəddüd etmədən hər zaman qardaş ölkənin yanında olmağa davam edəcəyik".

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop dünənki açıqlamasında Ermənistanı terrorçu dövlət olduğunu bəyan edib.

Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.