Siyasət

Ukraynalı deputat: "Sanksiyalar Ermənistanı Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər"

28 Sentyabr 2020 18:40
Baxış: 1 472

Bəzi ölkələrin liderləri özlərini "böyük imperator" və "torpaq toplayıcısı" zənn edir.

Milli.Az bildirir ki, bunu Trend-ə ukraynalı deputat Vladimir Kreydenko deyib.

O vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin qəbul olunmasından təxminən 30 il keçib, amma bu sənədlər icra olunmur:

"Münaqişənin eskalasiyası və Azərbaycan ərazilərinin işğalı davam edir. Yaranmış vəziyyətdə Ukrayna Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir".

Ermənistana qarşı sanksiyaların tətbiqi imkanlarını şərh edərkən deputat bu fikri dəstəklədiyini bildirib:

"Sanksiyaların tətbiq olunması Ermənistanı beynəlxalq hüquqa əməl etməyə və Azərbaycanın oğurlanmış torpaqlarını qaytarmağa vadar edə bilər".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.