Azərbaycan diaspor nümayəndələrinə müraciət edildi
Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan diaspor nümayəndələrinə müraciət edib.
Trend-in məlumatına görə, müraciətdə deyilir: "Əziz həmvətənlər, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Hal-hazırda Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirləri həyata keçirir. Azərbaycan Ordusu qüdrətlidir, Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməyə və işğal olunmuş torpaqlarımızı düşməndən azad etməyə hazırdır.
Xaricdə yaşayan azərbaycanlılara müraciət edərək, sosial şəbəkədə, elektron media və digər kütləvi informasiya vasitələrində rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq.
Əziz diaspor nümayəndələri, bizə daxil olan müraciətlərdən cəbhəboyu zonada baş verənlərdən nə qədər narahat olduğunuzu başa düşürük və bildirirk ki, xaricdə yaşayan hər bir soydaşımız Ermənistanın təxribatçı hərəkətlərinin, eləcə də Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılmasında, yaşadıqları ölkələrin ictimaiyyətinin doğru məlumatlandırılmasında fəallıq göstərməli, hal-hazırda cəbhədə baş verənlərlə bağlı səhih məlumatların yayılmasında yaxından iştirak etməlidir.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bu gün xalqa müraciətində deyildiyi kimi:" Bu işğala son qoyulmalıdır və qoyulacaq! Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycanındır!"
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi
-
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - (Video)
-
Tramp Ankaradan uçduğu təyyarəni açıqladı: Təyyarəm daha böyük risk altında idi
-
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi
-
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb
XƏBƏR LENTİ
-
Azərbaycanın ən hündür asma körpüsündən ən son görüntülər - (Video)
-
Azərbaycanda işsizlərin sayı açıqlandı
-
Tanınmış azərbaycanlı müğənni 2 rayonu birləşdirən yol çəkdi - (Foto)
-
Azərbaycanın Latviyadakı səfiri geri çağırılıb, yenisi təyin olundu
-
Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi
-
Məşhur aktrisa vəfat etdi - (Foto)
-
Böyük Şordan Dərnəgülə gedənlərə XƏBƏRDARLIQ
-
PSJ "Aston Villa" ilə qarşılaşacaq - UEFA Superkuboku
-
Prezidentin sosial media hesablarında Naxçıvanda Heydər Əliyevlə bağlı dediyi fikirlər paylaşılıb - (Video)
-
Ayanın yenə göz yaşları "sel oldu" - Nə baş verir? - (Video)
-
Məcnun Alışov avtoqəzada öldü
-
Azərbaycanda mənzillər bahalaşdı
-
Tramp Ankaradan uçduğu təyyarəni açıqladı: Təyyarəm daha böyük risk altında idi
-
Rusiyada milyarderin oğlunun “Lamborghini”si evə girdi: Yaralılar var - (Foto)
-
VAR bu hallarda müdaxilə edəcək: Yeni sistem
-
Naxçıvanda təmir olunacaq yolların siyahısı müəyyənləşdi
-
Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat ayrılıb
-
Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı
-
İranın 5 gün ərzində ABŞ-yə vurduğu inanılmaz zərər
-
Yol polisindən uşaqlarla bağlı müraciət
-
Tramp İrana inanmır
-
Valyuta dəyişdirmək istəyənlərinə diqqətinə
-
"Koroğlu"da avtobus dayanacağa çırpıldı - (Foto)
-
Şəbnəm Tovuzlu və Rəqsanə bahalı maşınlarında görüntüləndilər - (Video)





