Siyasət

Toplarımızın səsi Xankəndində eşidilir - Düşmən təşvişdə

27 Sentyabr 2020 11:05
Baxış: 16 730

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə, Azərbaycan Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayır. 

Artıq işğal altındakı ərazilərimizdəki erməni hərbi birliklərində təşviş başlayıb. Onlar müdafiənin dərinliklərində Azərbaycan Ordusunun dəqiq top atışları ilə erməni hədəflərini məhv etməsindən qorxuya düşdüklərini etiraf edirlər.

Azərbaycan Ordusunun artilleriya zərbələrinin Xankəndidə eşidildiyini Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da təsdiqləyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.