Milli Məclisdə hesabat verildi - FOTO
Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi.
Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik etdi, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyalar dövründə görülən işlər barədə hesabatı təqdim edən komitə sədri bildirdi ki, hesabat dövründə 8 iclas keçirilib, 10 qanun layihəsinə baxılıb. Milli Məclisin müzakirəsinə tövsiyə edilən həmin qanun layihələri parlamentdə qəbul olunub.
Qanunvericilik fəaliyyəti ilə yanaşı komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, müxtəlif problemlərin həllində onlara yardımçı olublar. Ölkənin ictimai-siyasi həyatında böyük fəallıq göstərən deputatlar komitənin profilinə uyğun olaraq, vaxtaşırı hərbi hissələrə baş çəkib, vətənin keşiyində duran əsgər və zabitlərlə görüşüblər.
Hesabat dövründə komitəyə 26 ərizə və şikayət daxil olub, aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün müxtəlif ünvanlara 17 məktub göndərilib. Ərizə və şikayətlərin çox hissəsini cinayət işlərinin araşdırılması, iş və mənzillə təmin edilmə kimi müraciətlər təşkil edib. Məktubların bir qismi isə hərbi qulluq və hərbi xidmətkeçmə barədə müraciət və təkliflərdən ibarət olub.
Məlumat dinlənildikdən sonra iclasda geniş müzakirə aparıldı. Fikir mübadiləsində komitə sədrinin müavini Hikmət Məmmədov, deputatlar Aqil Abbas, Erkin Qədirli, Arzu Nağıyev, Aydın Mirzəzadə, Elşad Mirbəşir oğlu, Elman Məmmədov, Nurlan Həsənov, Bəxtiyar Sadıqov yaz və növbədənkənar sessiyalar dövründə görülmüş işləri müsbət dəyərləndirdilər. Seçicilərin müraciətlərinə əsasən bir sıra təkliflər irəli sürdülər.
Çıxışlarda bildirildi ki, Azərbaycan parlamentinin nümayəndələri Ermənistanın törətdiyi təxribatlar zamanı, xüsusilə İyul hadisələri günlərində daim yerlərdə olub, əhali ilə sıx əlaqələr saxlayıb, KİV-lərdə və sosial şəbəkələrdə fəal çıxışlar ediblər. Livan və Suriya ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin beynəlxalq cinayət olduğunu vurğulayan deputatlar buna qarşı hüquqi müstəvidə mübarizə aparmağın, müxtəlif tədbirlərin həyata keçirilməsi vacibliyini qeyd etdilər.
Komitədə hesabat məqbul sayıldı. Sonra 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı müzakirə olundu. Komitə sədri məlumat verdi ki, qarşıdakı sessiyada digər qanunvericilik aktları ilə yanaşı "Daxili qoşunlar haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" qanun layihələrinin də plenar iclasa təqdim olunması nəzərdə tutulub.
İclasda 8 bənddən ibarət iş planı təsdiqləndi.
Komitə üzvlərinin yekdil qərarı ilə baxılan məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclası yekunlaşdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputatların təkliflərinə və qaldırılan məsələlərə münasibət bildirdi. Milli Məclis Sədrinin Rusiyaya səfərindən söz açdı. Rusiya Federal Məclisinin Federasiya Şurasının tribunasından Qarabağın tarixinə dair faktları səsləndirdiyinə, o cümlədən, 1805-ci il Kürəkçay müqaviləsini, 1921-ci ildə Bolşevik partiyasının Qafqaz bürosu tərəfindən "Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması haqqında" qərar qəbul edildiyini rusiyalı parlamentarların diqqətinə çatdırdığına görə, Milli Məclisin Sədri Sahibə xanım Qafarovaya dərin minnətdarlığını ifadə etdi. Vurğuladı ki, bu faktların Rusiya Federasiya Şurasının tribunasından səslənməsi müstəqillik dövrü parlament tariximizdə ilk hadisədir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
XƏBƏR LENTİ
-
Kazımcan arıqlayıb elə oldu - (Video)
-
Antalyada dəhşətli qəza - (Video)
-
Elgiz Əkbər: "Oturub Milli Məclisdə, bir dəfə də məni yığmır" - (Video)
-
Boşanmadan aliment almaq olar? - Çoxlarının bilmədiyi qayda
-
Paşinyan mükafat almaq üçün Almaniyaya getdi
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı





