Siyasət

Suriyadan Qarabağa 250 erməni yaraqlı gəlib - VİDEO - FOTO

24 Sentyabr 2020 15:20
Baxış: 4 451

Suriyanın şimalında 2 il əvvəl yaradılan və YPG/PYD tərəfindən təlim keçilən erməni batalyonu Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün Qarabağa göndərilib.

"Nubar Ozanyan" briqadasınadakı 3 batalyondan biri olan bu birləşmədə 245 erməni yaraqlısı var.

Qərargahı Suriyanın Haseke vilayətindəki Ras əl Ayn şəhərində olan briqada PKK terror təşkilatının Suriyadakı bölməsi olan YPG sıralarında döyüşmüş Türkiyə vətəndaşı, erməni "kommunist" terrorçu Nubar Ozanyanın adını daşıyır.

Erməni yaraqlıların bu silahlı birləşməsi 2019-cu ildə yaradılıb. Ermənilər YPG-nin bazalarında təlimlər keçiblər.

Nubar Ozanyan Fələstində İsrailə qarşı döyüşüb, sonra Dağlıq Qarabağa yollanaraq erməni terrorçularına qatılıb və Azərbaycana qarşı çeşidli diversiyalarda iştirak edib.

O, 2017-ci ildə Suriyadakı Rəkka şəhəri uğrunda döyüşlərdə öldürülüb.

Sənədlərində və bayrağında erməni simvolikası ilə yanaşı, kommunist nişanlar da olan "Nubar Ozanyan" briqadası Dağlıq Qarabağa "əlavə qüvvələr" yollamağa da hazır olduğunu bəyan edib.

Bu briqada PKK terror təşkilatının Suriyadakı bölməsi olan YPG-nin faktiki silahlı vahidi və tam kontrolundakı dəstə olmaqla yanaşı, Suriyadakı kürdlərin PYD birləşməsi ilə də sıx əlaqələrdədir.

"Nubar Ozanyan" briqadası son iki ildə Türkiyə Silahlı Qüvvələrinə qarşı bir neçə teraktın törədilməsində iştirak edib.

Elçin Alıoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.