Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.
Bunu Milli.Az-a Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilmiş qondarma rejimin "parlamentinin" Şuşa şəhərinə köçürülməsini şərh edərkən deyib.
T.Gəncəliyev bildirib: "Ermənistanın siyasi rəhbərliyi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz etmək yönündə fəaliyyətinə daha bir element daxil edib. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş oyuncaq rejimin "başçısı" bildirib ki, 2022-ci ilə qədər qondarma rejimin "parlamenti" Şuşaya köçürüləcək və bu köçürülmə Şuşa şəhərinin tarixi rolunu nəzərə alaraq, "simvolik məna daşıyır".
Son hadisələrin fonunda Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşanın adının məqsədli şəkildə Ermənistanın çirkin əməllərinə alət edilməsi işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir. Bu qərar həm də onu göstərir ki, Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır. Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil və Azərbaycanın daha çox ərazilərini işğal etmək üçün yeni hücumlara hazırlaşır.
Bəyan edirik ki, Azərbaycan Republikasının Qarabağ bölgəsinin işğalı müvəqqətidir. Ermənistanın işğalında olan bütün ərazilərimiz azad ediləcək və bütün məcburi köçkünlərin öz doğma yurdlarına geri dönməsi təmin ediləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycan–Qırğızıstan müttəfiqliyi: Mərkəzi Asiyada yeni geosiyasi reallığın memarlığı
-
Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biridir - Kamaləddin Qafarov
-
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
-
Prezident İlham Əliyev İsveçrə Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev sosial media hesablarında 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı paylaşım edib
XƏBƏR LENTİ
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?
-
Corcio Armani haqda serial çəkilir
-
Fədayə Laçın həbsxana həyatından danışdı
-
Can Kolukısa vəfat etdi





