"Minsk Qrupu gərəksiz bir quruma çevrilir"
Erməni ailələrinin, terrorçuların Livandan Dağlıq Qarabağa və ətraf rayonlara köçürülməsinə ATƏT-in Minsk Qrupunun göz yumması yolverilməzdir.
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
Politoloq bildirib ki, Minsk Qrupu əgər bu proseslərə reaksiya vermirsə, deməli, öz vəzifə borcunu yerinə yetirə bilmir:
"Minsk Qrupu ATƏT-in prinsiplərini regionda həyata keçirən təşkilatdır Bu, Minsk Qrupunun vəzifələrindən biridir. Yəni, onların işi tərəfləri ATƏT-in beynəlxalq sənədləri çərçivəsində münasibətləri qurmaqdan ibarətdir. Minsk Qrupu əgər bu proseslərə reaksiya vermirsə, deməli, öz vəzifə borcunu yerinə yetirə bilmir və bu qurum, əslində, gərəksiz bir quruma çevrilir. Qurumun indi yeganə fəaliyyəti ondan ibarətdir ki, danışıqlar prosesini təşkil edir və yaxud da ki tərəfləri danışıqlar masasının ətrafına yığır. Bu məsələlər onların fəaliyyəti demək deyil. Dünya ictimaiyyətinə başa salmaq lazımdır ki, həmsədrlərin fəaliyyəti bundan ibarətdir. Onların əsas fəaliyyəti ATƏT-in normalarına, prinsiplərinə tərəfləri əməl etməyə çağırmaqdır və nəzarət etməkdir. Əgər hansısa bir tərəf bu normaları pozursa, Minsk Qrupu deməlidir ki, siz filan konvensiyanı, filan maddəni pozmusunuz. Buna yol vermək olmaz, biz bunu dəstəkləyə bilmərik və s. müəyyən təzyiqlər etməlidirlər".
İ.Vəlizadə qeyd edib ki, ATƏT-i, BMT-ni vaxtında xəbərdar etməliyik ki, müharibə olsa, nəyə görə biz ermənilərə güc tətbiq etdiyimizi bilsinlər:
"Belə qurum bizə lazımdırmı? Düşünürəm ki, bu bir qədər gecikmiş addımdır. Ermənilər neçə ildir Azərbaycan torpaqlarında məskunlaşma siyasəti aparırlar. Geciksək də, yaxşı ki XİN-dən Minsk Qrupuna belə bir nota gəldi. Az da olsa ermənilər tərəfindən bu norma və prinsiplərin pozulması ilə bağlı faktlar aşkar olunsa, bunu o saat Minsk Qrupunun, ATƏT-in, BMT səviyyəsində diqqətlərinə çatdırmalıyıq, bilsinlər ki, əgər sabah ermənilər bizi müharibə yoluna vadar etsələr, nəyə görə biz onlara güc tətbiq edirik".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Zəfər xronikası. 5 oktyabr 2020-ci il: Prezident İlham Əliyev Türkiyənin “TRT Haber” televiziya kanalına müsahibə verib - (Video/Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Zəfər xronikası. 4 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib - (Foto)
XƏBƏR LENTİ
-
"“Fənərbağça” “Turan Tovuz”la oyuna görə pul alıb" – Emre Bol
-
İbrahim Borçalının evində şad gün (Foto)
-
Bu olsa, Kənan Yıldız "Real"a transfer olunacaq
-
Elgiz bağ evini nümayiş etdirdi - (Video)
-
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
-
Bakıya leysan yağacaq - Proqnoz verildi
-
Pensiyalar və təqaüdlər bu tarixdə veriləcək
-
Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto/Video)
-
Prezident İlham Əliyevin çıxışı Azərbaycanın yeni təhlükəsizlik konsepsiyasını ortaya qoyur - Sahil Kərimli
-
Bakıda sürücüləri çaşdıran dəyişiklik: 1 saata 50-dən çox cərimə
-
Rusiyada ayılara görə bəzi məktəblər bağlandı
-
"Kapital Bank" nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib
-
Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Bu şəxslər 2 min manatadək cərimələnə bilər - Diqqətli olun
-
Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq
-
Ararat Mirzoyan Tehrana getdi
-
Kağız sənədlərlə bağlı yeni qərar
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)





