Azərbaycanda FETÖ izi
"Türkiyə" qəzetində "Azerbaycan'da FETÖ izi" adlı məqalə dərc olunub. Məqalənin müəllifi Cem Küçük Prezident İlham Əliyevin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çü olması barəsində yazır.
Müəllif qeyd edir ki, Türkiyə ilə Azərbaycan tək millət, iki dövlətdir. Türkiyənin problemi olsa, Azərbaycan kömək edər. Azərbaycanın problemi olsa, Türkiyə həmən köməyə qaçar: "Bu baxımdan Azərbaycanda baş verən bütün hadisələr bizim də marağımıza səbəb olur..."
Keçən il Prezident İlham Əliyev kabinetində bəzi yenilkilər etdi. Prezident köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi.
"Cənab Əliyev islahatlara müqavimət göstərən və Sovet dövründən miras qalan təzyiqçi münasibəti nümayiş etdirən "köhnə" və "status-kvo" komandasını yeniləməyə ehtiyac duydu. Bu komandada Əli Həsənov da var idi. Həsənov iş dünyasını Azərbaycanda media, siyasət və qeyri-hökumət təşkilatları ilə əlaqələndirən biri idi. Təhsildən səhiyyəyə, inşaatdan mediaya qədər fərqli sahələrdə öz şirkətlərini quran "köhnə komanda" üzvlərindən biri idi. Son iki ildə başladılan hökumətdəki gəncləşmə və texnokrat kadrların işə qəbul edilməsinə müqavimət göstərən mühüm insanlardan biri olan Həsənovun işdən çıxarılmasından sonra onun nəzarəti altında olan bəzi şirkətlərdə istintaq başladıldı. Ancaq islahatlara müqavimət göstərən keçmiş kadrlar hökuməti şantaj etməyə çalışırlar", - C. Küçük yazır.
Müəllif qeyd edir ki, Prezident İlham Əliyevin başlatdığı islahatlar Türkiyə üçün də əhəmiyyətlidir. Türkiyə və Azərbaycanın Şərqdəki genişlənməsi, TANAP layihəsi və Türkiyədəki Azərbaycan investisiyaları iki ölkə üçün strateji əhəmiyyətlidir: "Amma uzun müddətdir Azərbaycan hökuməti adından Türkiyədəki münasibətləri müəyyənləşdirmə və tənzimləmə işlərinə baxmayaraq Əli Həsənov həm də Azərbaycanda FETÖ ilə yaxın münasibətləri olan xarici güclərə xidmət edən biridir".
Jurnalist yazır ki, Həsənov uzun müddət FETÖ-nün Azərbaycandakı ən vacib tərəfdaşlarından biri olub və bu əməkdaşlıq 15 iyuldan sonra da (Türkiyədə çevrilişə cəhd - red.) davam edib: "Bunun ən bariz nümunəsi Həsənovun FETÖ-nün Azərbaycandakı "Xəzər TV" televiziya kanalı ilə münasibətidir. Daha əvvəl Samanyolu TV-nin Azərbaycandakı Bakı ofisi kimi işləyən "Xəzər TV" "Bank Asya"nın krediti ilə yerli yayım kanalına çevrildi və 2013-cü ilin dekabr hadisələrindən sonra Həsənovla ortaq oldu".
Müəllif xatırladır ki, 17-25 dekabr tarixlərində Bakıya gələn FETÖ nümayəndəsi Faruk Taban Əli Həsənovla görüşdü: "Beləliklə, FETÖ kadrlarının kanaldakı fəaliyyətlərinə davam etmələri təmin edildi. Samanyolu TV-nin Türkiyədəki reklam şöbəsinin müdiri Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı idi. Beləliklə, FETÖ "Xəzər TV" vasitəsilə Əli Həsənovla televiziya reklam gəlirlərinə də ortaq oldu".
"İndi isə Əli Həsənov tutduğu vəzifələrdən azad edilib. Ancaq dövlət idarəçiliyində hələ də kadrlarının qalması, eyni zamanda nəzarət etdikləri böyük pullar onları hələ də güclü edir. Əli Həsənovun Avropada yaşayan bəzi trolları var. Bunlar Youtube və sosial şəbəkələr vasitəsilə İlham Əliyev və onun hökümətinə qarşı qarayaxma kampaniyası ilə, təbliğatla məşğuldur", - C.Küçük yazır.
"Türkiyə və Azərbaycan ətlə dırnaq kimidir. Talelərimiz eynidir. Bu baxımdan çox diqqətli olmaq lazımdır. Bizim üçün önəmli olan İlham Əliyev və onun hökumətidir. Türkiyə hər bir situasiyada Azərbaycanın yanındadır", - müəllif qeyd edir.
Aslan Məmmədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Macarıstan Orbanın qalmaqallı qadağasını dəyişir
-
Dünyada ən çox maaş alan lider odur
-
Ukrayna buna razı olsa, sülh sazişi hazırdır - Kuşner
-
Orada Putinlə Zelenski arasında görüş qeyri-mümkündür - Peskov
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
XƏBƏR LENTİ
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır
-
Gəncədə toy karvanında gəlin maşını qəzaya düşdü - (Foto)
-
Kimi Antonelli İspaniya Qran-prisinin qalibi olub
-
“Əlaçı” verilişində səhv cavab doğru sayıldı - (Video)
-
“Allah sizi görür...” - Ruben Neveşə qarşı böyük hörmətsizlik - (Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazandılar - (Foto)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı





