"Avropa ölkələrində etirazçıların üstünə itlər göndərilir, atlarla onları əzirlər"
Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr, daha obyektiv olarlar.
Bunu Milli.Az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
"Bu gün bir sıra xarici ölkələrdə, o cümlədən də ABŞ və digər inkişaf etmiş Avropa dövlətlərində vətəndaşların dinc aksiyalarına qarşı şiddət və güc tətbiq olunduğunu görürük. Dünyanın qabaqcıl Avropa ölkələrindən biri olan Fransada polis orqanları ölkədə ictimai sabitliyi təmin etmək üçün hətta ifrat dərəcədə güc tətbiqindən belə çəkinmir. Son günlər də dünya ictimaiyyəti tərəfindən müzakirə olunan məsələ Fransada "sarı jiletlilər"in aksiyaları zamanı polis zorakılığı barədə çoxsaylı foto və videotəsvirlərdir. Bundan əlavə, ABŞ-da, Britaniyada, Almaniyada, İspaniyada və digər Qərb ölkələrində kütləvi aksiyalar zamanı polislərin etirazçılara qarşı amansız davranışlar sərgilədiyinin şahidi oluruq. Davamlı olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, təhqir edilir, hətta öldürülür, onların üstünə itlər göndərilir, atlarla insanları əzirlər.
ABŞ-da, Avropa ölkələrində insan hüquqlarının pozulması həddində ifrat polis zorakılıqlarını, polislərin ağır fəsadlara yol açan hərəkətlərini görməzdən gələn, "qeydə almayan", özlərini insan hüquq və azadlıqlarının müdafiəçiləri elan edən beynəlxalq təşkilatlar və qurumlar Azərbaycanda polislərin qanuni tələblərinə tabe olmayanlara qarşı tədbirləri qəsdən konteksdən çıxarır, fərqli don geyindirir, tam fərqli biçimdə qələmə verməyə, təqdim etməyə çalışırlar. Xırda bir məsələnin ucundan tutur, hər fürsətdə Azərbaycana qarşı iftira, böhtan qarayaxma kampaniyasına başlayırlar.
Azərbaycan polisi vətəndaşlarla rəftarında hər zaman nəzakətli və təmkinli olmağa çalışır, insanları qanuna tabe olmağa səsləyir. Azərbaycan polisi peşə fəaliyyətində güc tətbiqini ən son məcburiyyət kimi qəbul edir. Bakıda keçirilmiş son aksiyalar da bir daha bu reallığı açıq və aydın şəkildə göstərdi.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan polisləri ölkənin sabitliyi, əmin-amanlığı, vətəndaşların təhlükəsizliyi üçün fədakarlıq nümayiş etdirir və bu, ölkə ictimaiyyəti tərəfindən də olduqca təqdir edilir.
Xarici ölkələrdə, Avropanın aparıcı ölkələrində isə əksinə olaraq hüquq mühafizə orqanları güc amilindən geniş istifadə edir, dinc aksiyalar dağıdılır, insanlara qarşı şiddət tətbiq olunur. Bu azmış kimi polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Düşünürəm ki, Azərbaycana irad tutan dairələr Qərbin inkişaf etmiş ölkələrində vəziyyətə nəzər yetirsələr daha obyektiv olarlar".
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
-
Hakan Fidan Azərbaycana gəlir
-
Vuçiç Prezident İlham Əliyevin Serbiya-Azərbaycan münasibətlərinin inkişafındakı rolunu qeyd edib
XƏBƏR LENTİ
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)
-
Azərbaycanda Bilik Günüdür
-
Bakının işğaldan azad edilməsindən 108 il ötür
-
Günün qoroskopu: Tək qalmağa ehtiyac duyacaqsınız
-
Mbappe sabiq klubuna təzminat ödəyəcək
-
Türkiyədə növbəti əməliyyat - 1600-dən çox adam saxlanıldı
-
“Fənərbaxça” turu 1 xalla başa vurub
-
Röya Əliyevanın üçqat istedadı Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində təqdim olunub – (Foto)
-
İkardinin yeni ünvanı
-
Zabitə Alıyevanın toyudur - (Foto/Video)
-
"Ağ Şəhər"də ağır qəza: Xəsarət alanlar var - (Foto/Video)
-
"Belə tənqidi hörmətsizlik kimi qəbul edirəm" - Valdas Dambrauskas
-
Bərdədə ağır qəza - 1 nəfər ölüb, xəsarət alanlar var - (Foto)
-
Zabit Nəbizadənin oğlunun toyudur - (Video)
-
Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama
-
Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
-
Ukrayna və Rusiya enerji obyektlərinə zərbələr endirməməyə razılaşıb - Tramp
-
İrandan ölkəyə külli miqdarda narkotik keçirmək istədilər
-
“Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim” - Faiq Ağayev
-
Tramp: Məğlub İran razılaşma əldə etmək istəyir





