Siyasət

MSK sədri: “Qarabağdakı "seçkiləri" beynəlxalq ictimaiyyət tanımayacaq”

22 Aprel 2010 18:22
Baxış: 322
Bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, separatçı rejim əvvəllər də bənzər "seçkilər" keçirib. Lakin həm beynəlxalq ictimaiyyət, həm də ABŞ Dövlət Departamenti bu "seçkilərin" nəticələrini tanımayıb.

"Azərbaycan Mərkəzi Seçki Komissiyası beynəlxlaq ictimaiyyətə bu uydurma "seçkilərin" tanınmaması üçün müraciət edəcək" deyən MSK sədri, Dağlıq Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını noyabrda keçiriləcək Azərbaycanın parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, Dağlıq Qarabağ separatçı rejimi mayın 23-də qondarma "parlament seçkilərinə" hazırlaşır. Bu məqsədlə artıq "deputatlığa namizədlərin" qeydiyyat prosesi başlayıb.

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.