Pərvin Kərimzadə: Azərbaycan-Türkiyə qardaşlığı hələ çox zəfərlərə imza atacaq
Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər qarşılıqlı etimad, səmimi münasibət, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulub.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni daha da doğmalaşdırıb, sevincli, kədərli günlərdə biri digərinin yanında olmasına zəmin yaradıb.
Erməni təxribatı nəticəsində iyul ayında baş verən Tovuz hadisələri zamanı qardaş Türkiyənin birmənalı şəkildə bütün imkanları ilə Azərbaycanın yanında olmasını bəyan etməsi Azərbaycan-Türkiyə birliyinin əyani təcəssümü oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ən müxtəlif beynəlxalq tədbirlərdə həmişə birmənalı şəkildə Türkiyə Cümhuriyyətinin qarşıya çıxan problemlərinin həllində qardaş ölkəyə birmənalı şəkildə dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Ölkə Prezidenti dəfələrlə bəyan edib ki, bu gün dünyada Azərbaycan və Türkiyə dövlətləri kimi əsl qardaş ölkələr göstərmək mümkün deyil. Eyni addım da hər zaman Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən atılır. Türkiyənin dövlət rəhbəri çıxışlarında səsləndirdiyi "Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək", "qardaşlarımızı heç vaxt tək qoymarıq" fikirləri, qəti və aydın mövqeyi ölkəmizə birmənalı dəstəyi, işğalçı Ermənistan hökumtinə ciddi mesajı müstəqil dövlətimizə, dövlət rəhbərimizə, xalqımıza bəslənilən münasibəti bir daha gündəmə gətirdi.
Çoxəsrlik böyük tarixi ənənələrə, dərin köklərə malik Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bu günkü mərhələsi isə ölkələrimizin şanlı birlik salnaməsinə parlaq səhifələr əlavə edir. Azərbaycan və Türkiyə dövlətlərinin prezidentləri tərəfindən bu gün həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq hər iki ölkə arasındakı əlaqələr bütün sahələr üzrə daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin uğurla inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. İki qardaş ölkənin həmrəyliyi və əməkdaşlığı beynəlxalq aləmdə sülh və əmin-amanlığın, təhlükəsizliyin, əməkdaşlığın tənzimlənməsində, regionda meydana çıxan problemlərin həllində böyük əhəmiyyətə malikdir.
Bu günlərdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı təlimlərin keçirilməsi bütün məqamlardakı möhkəm və sarsılmaz birliyimizin növbəti təntənəsinin davamı oldu. Xatırladaq ki, iki il əvvəl qardaş ölkələrin yenilməz ordularının iştirakı ilə Bakı şəhərində keçirilmiş möhtəşəm hərbi parad "iki dövlət - bir ordu" modelinin əməli nümunəsi olub. Bu il isə Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncədə, Kürdəmirdə, Yevlaxda keçirilən birgə hərbi təlimlər ordu birləşmələrimizin möhtəşəm paradını bir daha nümayiş etdirdi. Azərbaycan-Türkiyə sərhədində qardaş ölkələrin əsgərlərinin bayraq dəyişdirilməsi aksiyasını həyata keçirmələri dərin mənaya malik olub, qəhrəman ordularımızın müqəddəs dövlət rəmzlərimizin keşiyində də eyni amal, eyni məsuliyyət və şərəflə dayandıqlarını göstərdi.
Prezidentimiz İlham Əliyev Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük əhəmiyyəti olduğunu diqqətə çatdırdı. Sentyabrın 2-də Yunanıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşündə də Prezident İlham Əliyev Bakının mövqeyini bir daha bəyan etdi: "Sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı. Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənim göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq".
Xatırladaq ki, iki ölkələr arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir. Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbula səfər etdi. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsi həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdir. Türkiyənin Prezident Administrasiyası Azərbaycan-Türkiyə qardaşlığı və Tovuz hadisələri barədə "Bir millət, iki dövlət" adlı sənədli film hazırladı. Filmdə Azərbaycan və Türkiyə prezidentlərinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışları, işğalçı Ermənistanın iyulun 12-də Tovuz istiqamətində törətdiyi genişmiqyaslı təxribatdan sonra rayondan görüntülər, bir sıra rəsmi şəxslərin və mülki vətəndaşların fikirləri yer alıb. Göründüyü kimi, iki ölkə arasındakı əlaqələr, münasibətlər yüksələn xətlə inkişaf edir.
Prezident İlham Əliyevin olduqca açıq, Azərbaycanın milli maraqlarına əsaslanan fikirlər səsləndirməsi, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yüksək səviyyəsi, hər iki dövlətin xarici diplomatiya və hərbi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar hər zaman olduğu kimi yenə də bəlli dairələrin, mənfur qonşuların yuxusunu ərşə çəkdi. Tarixinin çətin sınaqlarından uğurla çıxan bu iki qardaş dövlət arasındakı münasibətlərə, əlaqələrə heç bir qüvvə mane ola bilmədi və heç bir zaman da mane ola bilməyəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
-
"Döyüş meydanında ABŞ-yə qalib gəldik, müharibəni bitirməyin vaxtıdır"
-
Prezident İlham Əliyev Kral III Çarlza məktub ünvanlayıb
-
Hamı Bricitin yanındakı şəxsdən danışdı
-
Tramp Əraqçinin postunu paylaşdı - FOTO
XƏBƏR LENTİ
-
Azərbaycanlı müğənnilərin toy qiymətləri "dodaq uçuqlatdı": 15 min manat.... - FOTOlar
-
İngiltərə millisiinin futbolçularının əşyaları OĞURLANDI
-
Aygünlə Namiqin marağa səbəb olan görüntüsü - VİDEO
-
Ronaldonu gördü, göz yaşları "sel oldu" - VİDEO
-
Zehni rahatlıq üçün bu qaydalara əməl edin
-
Türkiyədə ərin xəyanət edən arvadı ilə dialoqu diqqət çəkdi - VİDEO
-
Qazi vəfat etdi - FOTO
-
Ustaların təhlükəli kondisioner quraşdırması müzakirə yaradıb: "Ölümlə "oyun oynadılar" - VİDEO
-
Seyid Əli Xameneinin dəfn tarixi və yeri açıqlandı
-
Suriyadan gətirilən azərbaycanlı qadın və uşaqlar müəsissəyə yerləşdirildi - FOTO
-
Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO
-
Rəqqasə Aygündən ona toxunmaq istəyən kişiyə əl hərəkəti ilə ETİRAZ - VİDEO
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Montella Türkiyənin Avstraliya ilə oyunundan danışdı
-
Meksikada metroda baş verən qorxunc hadisə - Anbaan VİDEO-da
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Əməkdar artist: "Ən yaxın rəfiqələrim sirlərimi saytlara ötürmüşdü"
-
Polad Həşimovun oğlu da məzun oldu - FOTO
-
Şuşada “Son zəng” keçirilib - FOTO
-
Dünya çempionatının hakiminin ingiliscəsi ələ salındı - VİDEO
-
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
-
Gəlin köçən qızı atasının hədiyyəsi AĞLATDI - VİDEO
-
Sabah Bakıda və Abşeronda yağış yağacaq
-
Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb





