Siyasət

Ukraynada üzərində “Qarabağ Azərbaycandır!” şüarı olan hava şarı səmaya buraxılıb

5 Sentyabr 2020 15:58
Baxış: 839

Bu gün Ukraynada "Qarabağ Azərbaycandır!" şüarı ilə tanıtım aksiyası keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təşkilatçılığı və təşəbbüsü ilə keçirilən aksiya zamanı hava balonunun üzərinə "Qarabağ Azərbaycandır!" şüarı yazılaraq səmaya buraxılıb. Hava şarını Kiyev və Jitomir şəhərlərindən müşahidə etmək mümkün olub.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov mətbuata açıqlamasında bildirib ki, bu cür aksiyaların məqsədi Ukrayna cəmiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri çatdırmaqdır. Onun sözlərinə görə, bu cür aksiyalar davamlı keçiriləcək.

Ukrayna sakinləri hava şarını bir saata yaxın müşahidə edə biliblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.