Siyasət

Türkiyə Prezident Administrasiyası: "Ankara hər zaman Bakının dəstəyini hiss edir"

4 Sentyabr 2020 12:10
Baxış: 868

Türkiyə hər zaman bütün sahələrdə Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dəstəyini hiss edir.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycan dəfələrlə Türkiyəyə qardaşlıq münasibətini sübut edib:

"Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri bütün türkdilli ölkələr üçün nümunədir. Azərbaycan hər zaman ədalət tərəfdarıdır".

Administrasiyadan bildiriblər ki, Türkiyə də Azərbaycanla münasibətləri qiymətləndirir, bu münasibətlər hər iki qardaş ölkə üçün vacibdir:

"Türkiyə ilə Azərbaycanın strateji münasibətləri kiməsə qarşı deyil, regionda sülhə və sabitliyə yönəlib".

Əlavə olunub ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycanı bütün sahələrdə dəstəkləyəcək və tərəddüdsüz şəkildə onun maraqlarını qoruyacaq, çünki Bakının maraqları Ankaranın maraqlarıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.