Siyasət

Paşinyan hakimiyyətini qorumaq üçün əlavə güc formalaşdırmağa çalışır - “Hədəf”də MÜZAKİRƏ

29 Avqust 2020 23:52
Baxış: 1 490

Ermənistanın işğalçılıq siyasəti Cənubi Qafqaz regionunda öz zərərli təsirlərini göstərməkdədir. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin işğalçılıq istiqamətində qəbul etdiyi strategiya bölgəmiz üçün ciddi təhdidlər törətməkdədir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" proqramında işğalçı Ermənistanın davranışları müzakirəyə çıxarılıb. Verilişin qonaqları, Milli Məclisin deputatı Rasim Musabəyov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşı, politoloq Cavid Vəliyev və proqrama "Skayp" vasitəsilə Türkiyədən qoşulan hərbi-siyasi ekspert Abdullah Ağar Ermənistanın işğalçılıq siyasəti istiqamətində atdığı addımlarla bağlı fikirlərini səsləndiriblər. Qeyd edilib ki, Ermənistanda "Müdafiə haqqında" qanuna dəyişikliklər edilərək hərbi könüllü dəstələrin yaradılması nəzərdə tutulur. Vurğulanıb ki, işğalçı dövlətin rəhbəri Nikol Paşinyan hakimiyyətini qorumaq üçün əlavə güc formalaşdırmağa çalışır.

"Hədəf" proqramını bütöv şəkildə "YouTube" kanalımızdan izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=s3-HHUO0yb8&list=PLOBkCoG0eyX7xoeRbVe_UDH8-gINYpV42&index=2&t=0s

 

https://www.instagram.com/aztvresmi/?hl=ru
http://www.aztv.az/az/
https://www.facebook.com/aztvresmi
https://twitter.com/aztvresmi
https://www.youtube.com/channel/UCVf7OL0jKiO1OMHN_qaNf0w

İnformasiya dəstəyi - Trend.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.