Siyasət

Prezident İlham Əliyev İndoneziyanın dövlət başçısını təbrik edib

15 Avqust 2020 16:49
Baxış: 808

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost İndoneziya xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan ilə İndoneziya arasında ikitərəfli münasibətlərin, beynəlxalq təsisatlar, xüsusən də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

Bəşəriyyətin üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının İndoneziya xalqı ilə həmrəy olduğunu qeyd etmək istəyirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya Respublikasına daim rifah arzulayıram".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.