Siyasət

Musəvi: İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir

31 İyul 2020 15:23
Baxış: 855

İranın strategiyası ölkə daxilində sülh və sabitliyi dəstəkləməyə və möhkəmləndirməyə, region ölkələri ilə münasibətləri inkişaf etdirməyə əsaslanır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi deyib.

A.Musəvi bildirib ki, təhlükəsiz, stabil qonşuların olması İranın və bütün regionun maraqlarına cavab verər.

Rəsmi nümayəndə qeyd edib ki, İranın Azərbaycanla iqtisadi əlaqələri olduqca dinamik inkişaf edir və İranın sərhəd şəhərləri Azərbaycanla ticarət və iqtisadi əlaqələrin inkişafında çox vacib rol oynayır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.