Siyasət

Rusiyanın "Kommersant" nəşri Azərbaycana qarşı təxribata yol verib - FOTO

29 İyul 2020 16:47
Baxış: 1 176

Rusiyanın "Kommersant" nəşri Azərbaycana qarşı təxribata yol verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Kommersant" qəzetinin 29 iyul tarixindəki nömrəsində və saytında dərc olunan "Turetskopodannıe" adlı məqalədəki illüstrasiyada xəritə dərc olunub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən bəhs edən məqalədə yayımlanan xəritədə Azərbaycanın Ermənistanın işğalı altındakı əraziləri ayrıca, "Tanınmamış Dağlıq Qarabağ Respublikası" adı altında göstərilib. Dağlıq Qarabağdan başqa işğal altındakı yeddi rayon da qondarma rejimin ərazisi kimi qeyd olunub.

Müəlliflərindən biri erməni Ayk Xalatyanın olduğu məqalədə Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən narahatlıq ifadə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.